Xətai rayonunda 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin illik hesabat yığıncağı keçirilib
16 yanvar 2020-ci il tarixdə 265 saylı tam orta məktəbdə 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2019-cu ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.
Toplantıda 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə İcra Hakimiyyəti Başçısının nümayəndəsi Asəf Rzayevin hesabat məruzəsi dinlənilmişdir.
Sonra çıxış edənlər -265 nömrəli tam orta məktəbin direktoru Yeganə Qurbanova, «Abşeron-Zeytun» MMC-nin direktoru Bəhruz Piriyev, rayon sakini Bibixanım Cəfərova çıxış edərək nümayəndəliyin hesabatını qənaətbəxş hesab etmiş, görülən işlər üçün rayon İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev hesabat yığıncağında çıxış edərək, nümayəndəlik ərazisində mövcud olan bütün nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi araşdırılmalar aparılmasının və problemlərin həlli yollarının tapılmasının vacibliyini vurgulamış, aidiyyatı şəxslərə bu sahədə müvafiq təlimat və tapşırıqlarını vermişdir.