Xətai rayonunda 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin illik hesabat yığıncağı keçirilib
21 yanvar 2020-ci il tarixdə 55 saylı tam orta məktəbdə 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2019-cu ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.
Toplantıda 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə İcra Hakimiyyəti Başçısının nümayəndəsi Vüsal Nəsibovun hesabat məruzəsi dinlənilmişdir.
Sonra çıxış edənlər -55 nömrəli tam orta məktəbin direktoru Sevinc Tahirova, 28 saylı şəhər poliklinikasının baş həkimi Sevda Diyarova, rayon sakini Rita Ömərova çıxış edərək nümayəndəliyin hesabatını qənaətbəxş hesab etmiş, görülən işlər üçün rayon İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev hesabat yığıncağında çıxış edərək, nümayəndəlik ərazisində mövcud olan bütün nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi araşdırılmalar aparılmasının və problemlərin həlli yollarının tapılmasının vacibliyini vurgulamış, aidiyyatı şəxslərə bu sahədə müvafiq təlimat və tapşırıqlarını vermişdir.