Şriftin ölçüsü :

Saytın rəngi :

Əhmədli qəsəbə Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin illik hesabat yığıncağı keçirilib

23 yanvar 2020 | 11:00

23 yanvar 2020-ci il tarixdə Turizm və Sosial Xidmətlər üzrə Peşə Təhsil Mərkəzində  Əhmədli qəsəbə sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin  2019-cu ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.

Toplantıda Əhmədli qəsəbə Sahə İnzibati Ərazi Dairəsi üzrə İcra Hakimiyyəti Başçısının nümayəndəsi Mehman Allahverdiyevin  hesabat məruzəsi dinlənilmişdir.
Sonra çıxış edənlər - qəsəbə bələdiyyəsinin sədri Pərviz Quliyev, Qafqaz Müsəlmanları idarəsinin Xətai və Suraxanı rayonları üzrə səlahiyyətli nümayəndəsi Hacı Murad Cəfərov, Xətai rayon Ağsaqqallar Şurasınnı sədri və qəsəbə sakini Qurbanəli Əlizadə  çıxış edərək nümayəndəliyin hesabatını qənaətbəxş hesab etmiş, görülən işlər üçün rayon İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev hesabat yığıncağında çıxış edərək, nümayəndəlik ərazisində mövcud olan bütün nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi araşdırılmalar aparılmasının və problemlərin həlli yollarının tapılmasının vacibliyini vurgulamış, aidiyyatı şəxslərə bu sahədə müvafiq təlimat və tapşırıqlarını vermişdir.

 

Keçidlər