Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə görüşdü
2014-cü il fevral ayının 28-də rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov 63 saylı tam orta məktəbdə sakinlər ilə görüşdü. Görüşdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, xətai bələdiyyəsinin və digər xidmət sahələrinin rəhbərləri, 4 saylı sahə inzibati ərazi dairəsinin nümayəndəsi, eləcə də həmin ərazidə yaşayan sakinlər iştirak edirdi.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Razim Məmmədov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Çıxış edən vətəndaşlar onları narahat edən bəzi nöqsan və çatışmazlıqların, qaz, istilik, işıq, yolların asfaltlanması və s. kimi kommunal, məişət problemlərinin aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həllinə dair aiddiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.