Şriftin ölçüsü :

Saytın rəngi :

Məzahir Rüstəmov küçəsində yenidənqurma və abadlıq işləri sürətlə davam etdirilir

26 yanvar 2020 | 11:00

Görülən abadlıq-quruculuq işləri çərçivəsində rayonun Məzahir Rüstəmov küçəsində yerləşən məişət obyektlərinin qarşısındakı qeyri-qanuni, yöndəmsiz artırmalar sökülərək  ərazilər abadlaşdırılıb, səkilərə daş düzülüb, yaşıllıq sahələti salınaraq sakinlərin rahat gediş-gəlişi təmin edilib. Həmçinin küçəboyu mövcud olan məişət obyektlərinin fasadları da təmir edilərək  küçənin daha müasir və estetik görkəm alması təmin edilib.

Pərakəndə formada yerləşmiş olan olan qaz xətti yenilənərək torpağın altına keçirilib, magistral su xəttinin köhnə metal boruları plastik borularla əvəzlənib.

Hazırla küçəboyu yeni bardurlar düzülür, asfaltlanma işlərinə hazırlıq aparılır.

Asfaltlanma işləri yekunlaşdıqdan sonra küçə boyunca yeni müasir tipli işıq dirəkləri və skamyaların qoyulaması həyata keçiriləcək.

 

 

Keçidlər