Şriftin ölçüsü :

Saytın rəngi :

Mirzə Davud küçəsində uzun müddət sakinləri narahat edən problem aradan qaldırıldı

31 yanvar 2020 | 11:00

Uzun illərdən bəri rayon ərazisində yerləşən H.Əliyev adına Neft Emalı zavodunun 9 saylı bioloji təmizləmə kollektoruna axıdılan suyun yağışlı hallarda həcminin artaraq ətrafa yayılması Mirzə Davud küçəsində yaşayan sakinlərin narazılığına səbəb olurdu.

Ərazidə yaşayan sakinlərin rahatlığını təmin etmək və mövcud problemi yaradan səbəbi aradan qaldırmaq məqsədilə rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə  "Azərsu" ASC tərəfindən ərazidə 1200 mm diametrdə 320 paqonometrlik yeni kanalizasiya xətti çəkilmiş,   mərkəzi xəttə birləşdirilib.

 

Keçidlər