G.Şıxlinski küçəsi 47,49,51 ünvanlarda qanunsuz çəpərlənmələr söküldü
03 fevral 2020 | 11:00
31.01.2020-ci il tarixdə keçirilmiş rayon İcra Hakimiyyətinin başçısının səyyar qəbulunda vətəndaşlar yaşadıqları ərazidə bəzi sakinlər tərəfindən qeyri-qanuni çəpərlənərək zəbt olunan bağ sahələrinin mövcud olması səbəbindən həyətdə uşaqlar üçün oynamağa yer qalmadığını bildirmişlər.
Səyyar qəbulun ertəsi günü icra başçısı müvafiq idarə və təşkilatların rəhbərləri ilə birgə sakinlərin adlarını çəkdiyi ünvanlarda olmuş, vəziyyətlə bağlı sakinlərin narahatlığına səbəb olan qanunsuz zəbt edilmiş ərazilərdə yöndəmsiz metal və taxta çəpərlər, dirəklər, daş hasarlar sökülmüş, ətrafdakı müxtəlif tullantılar maşınlara yüklənib müvafiq yerlərə daşınmışdır.