Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda orta ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri arasında keçirilmiş “Nağıl” müsabiqəsininqalibləri mükafatlandırıldı

14 fevral 2020 | 11:00

14 fevral 2020-ci il tarixində Humanitar Fənlər Təmayüllü məktəb-liseydə rayon orta ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri arasında keçirilmiş “Nağıl” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbirdə  rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Humanitar Fənlər Təmayüllü məktəb- liseyin direktoru Nəzakət Əsgərova, valideynlər və şagirdlər  iştirak ediblər. Çıxış edənlər belə müsabiqələrin uşaqlar arasında mədəniyyət və incəsənətə olan marağın artmasına səbəb olduğunu  vurğuladılar.

Tədbirdə müsabiqənin qalibi olan Humanitar Fənlər təmayüllü məktəb-liseyin komandasının ifasında “Qırmızıpapaq” nağılı nümayiş olunub.

Müsabiqənin nəticələrinə görə Humanitar Fənlər Təmayüllü məktəb- lisey və 261 nömrəli tam orta məktəbin komandaları birinci yeri, 98 və 56 nömrəli tam orta məktəblərin komandaları ikinci yeri, 287 nömrəli Zəkalar liseyi və 171 nömrəli tam orta məktəbin komandaları isə üçüncü yeri tutmuşdur.

Daha sonra qaliblər diplom və xatirə hədiyyələri ilə mükafatlandırıldılar. Tədbirdə həmçinin, uşaq, yeniyetmə və gənclər arasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi məqsədilə keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbirdə fəal iştirak etdiyinə görə 263 nömrəli tam orta məktəbin şagirdlərinə də  diplom və xatirə hədiyyələri təqdim olundu.

 

 

 

Keçidlər