Şriftin ölçüsü :

Saytın rəngi :

204 saylı məktəbdə Vətən Müharibəsi şəhidi Kərimov Sənan Rəhman oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilib

10 aprel 2026 | 11:24

Xətai rayonu, 204 saylı tam orta məktəbdə Vətən Müharibəsi şəhidi Kərimov Sənan Rəhman oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin nümayəndələri tədbirdə iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edənlər  bildiriblər ki, şəhidlərimizin qəhrəmanlığı gələcək nəsillər üçün örnəkdir və onların xatirəsi daim uca tutulmalıdır.

Tədbirdə müəllimlər və şagirdlər şəhid Kərimov Sənanın həyat və döyüş yolundan bəhs ediblər. Qeyd olunub ki, o, Vətən müharibəsində göstərdiyi şücaətlə yadda qalıb və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim olunub. Tədbir çərçivəsində şəhidin xatirəsinə hazırlanmış guşə nümayiş etdirilib, onun həyatını əks etdirən foto və materiallar iştirakçılara təqdim olunub.

Sonda tədbir iştirakçıları şəhidin ruhuna dualar oxuyub, onun əziz xatirəsinin hər zaman yaşayacağını vurğulayıblar.

Keçidlər