Şriftin ölçüsü :

Saytın rəngi :

204 saylı orta məktəbdə Vətən müharibəsi şəhidi məktəbin məzunu Sənan Kərimovun doğum günü ilə əlaqədar tədbir  keçirilib.

29 mart 2023 | 14:46

29.03.2023-cü il tarixdə Milli Qəhrəman Ə.Əliyev adına 204 saylı orta məktəbdə Vətən müharibəsində şəhid olmuş məktəbin məzunu Sənan Kərimovun doğum günü ilə əlaqədar tədbir  keçirilib.  

 Tədbirdə rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən Müharibəsi iştirakçıları,  şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.

Mərasimdə şəhidimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə diqqətə çatdırılıb ki, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə Xətai rayonunda yerləşən küçələrdən birinə şəhidin adının verilib.

Çıxışlarda qeyd olunub ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistan ordusunun növbəti təxribatlarının qarşısını almaq üçün Ali Baş Komandan İlham Əliyevin “Hücum” əmrini yüksək əhval-ruhiyyə ilə dəyərləndirən Vətən oğulları savaşın davam etdiyi 44 gündə tariximizin Zəfər səhifəsini yazdılar. Torpaqlarımızı qəhrəman zabitlərimizin, əsgərlərimizin qanları, canları bahasına azad etdik. Ölümləri ilə ölümsüzləşən şəhidlərimizin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yaşayacaq.

Tədbirdə məktəbin dərnək üzvlərinin hazırladıqları səhnəciklər nümayiş olundu, Vətənə həsr olunan şeirlər səsləndirdilər.

Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə, həmçinin Xətai rayonunda mərkəzi küçələrdən birinə şəhid Sənan Kərimovun adının verilməsinə görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdilər.

 

Keçidlər