Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai Rayon İcra Hakimiyyəti 2013-cü ilin yekunlarına dair hesabat verdi.

02 mart 2014 | 11:00

28 fevral 2014-cü il tarixdə Xətai Rayon İcra Hakimiyyəti başçısının 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, millət vəkilləri Hüseynbala Mirələmov, Mətbuat şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru V.Rəhimzadə, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, rayon icra strukturlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Hesabat yığıncağı başlamazdan əvvəl dəvət olunanlar və qonaqlar foyedə Azərbaycan respublikasının  Prezidenti cənab İlham Əliyevin, eləcə də H.Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ötən il rayona etdiyi səfərləri, il ərzində rayonda aparılan abadlıq-quruculuq işlərini reallaşdırılan irimiqyaslı layihələri əks etdirən foto-stendlə, rayon iqtisadiyyatının makroiqtisadi göstəricilərini özündə əks etdirən diaqram və cədvəllərlə  tanış oldular.
Hesabat yığıncağını   Xətai Rayon İcra Hakimiyyətinin başçısı cənab Razim Məmmədov açdı.  Prezident İlham Əliyevin ölkədə abadlıq-quruculuq işlərinin genişləndirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələri Xətai rayonunda da öz bəhrəsini verir. Ötən il paytaxtın ən böyük  rayonlarından biri olan Xətai rayonunda dövlət başçısının imzaladığı “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq mühüm əhəmiyyətli tədbirlər həyata keçirilib.
Hesabat məruzəsi ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı cənab Razim Məmmədov bildirdi ki, Prezident İlham Əliyevin ölkədə abadlıq-quruculuq işlərinin genişləndirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələri Xətai rayonunda da öz bəhrəsini verir. Ötən il paytaxtın ən böyük  rayonlarından biri olan Xətai rayonunda dövlət başçısının imzaladığı “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq mühüm əhəmiyyətli tədbirlər həyata keçirilib. il ərzində  rayonun bütün ərazilərində geniş miqyaslı abadlıq və quruculuq işləri görülüb, irihəcmli infrastruktur layihələr gerçəkləşdirilib.
Rayonumuzda Bakı Ağ şəhər layihəsinin icrası hesabat dövründə sürətlə aparılmış, Xocalı prospektindəki İş Mərkəzində, Nobel prospektindəki “Yeni həyat “ yaşayış kompleksində, Belarus səfirliyinin binasının  tikintisində işlər başa çatdırılmışdır.
       Boks Federasiyasının tikintisi davam etdirilmiş, Neapol dairəsində şəhidlərin abidə kompleksində yenidən qurma işləri başa çatdırılmışdır.
Abadlaşdırma layihələri çərçivəsində Nobel  prospekti, Fəzail Bayramov və A.Cəlilov küçələri boyunca yaşayış binalarının fasadlarının üzlənməsi davam etdirilmiş, binaların işıqlandırma işləri başa çatdırılmışdır. Bu ünvanlardakı binalarının yararsız vəziyyətdə olan dam örtüklərinin yeni mansard tipli dam örtükləri ilə əvəz olunması işləri yekunlaşmışdır.
Rayonda ekoloji vəziyyətin yaxşılaşdırılmasının əhəmiyyəti nəzərə alınaraq yaşıllıq sahələrinin genişləndirilməsi üçün ayrıca proqram hazırlanmışdır.Həmin proqramla Zığ yolu-Nobel prospekti boyunca relyefə uyğun 100 min kvm-dən çox ərazidə yaşıllıq massivləri salınmış, suvarma sistemləri quraşdırılmış,artezan quyuları istismara verilmişdir. Səkilərə isə 12 min kvm-dən artıq  müasir döşəmə plitələri döşənmişdir.
Hər il cənab Prezidentin iştirakı ilə ümumrespublika tədbirinin keçirildiyi Xocalı prospektində də yüksək səviyyədə abadlaşdırma işləri aparılmış, Türkiyə Respublikasından gətirilmiş 140 mindən çox gül və ağacların bir qismi buradakı park-xiyabana,digər hissəsi isə Rahib Məmmədov küçəsində yeni tikilmiş və cənab Prezident İlham Əliyevin açılşında iştirak etdiyi parkda və digər ərazilərdə əkilmişdir.Yeni tikilən bu parkdakı fəvvarələr kompleksi,şəlalə,uşaq əyləncə elementləri və qurğuları, digər sosial obyektlər bu parkı uşaqların ən sevimli yerinə çevirmişdir. 
Hesabat dövründə Xəzər Dəniz Gəmiçiliyinin Gəmi Təmiri zavodunun və 1 saylı Çörək zavodunun  tikintisi başa çatdırılmış, müasir üslubda tikilən və ən son avadanlıqlarla təchiz olunan hər iki zavodun açılışında  Möhtərəm cənab Prezident iştirak etmişdir.
Keçən ilin may ayında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlamış, xidmətin açılış mərasimində ölkə rəhbəri iştirak etmişdir. Bu gün rayon sakinləri bu xidmətdən asanlıqla istifadə edirlər.
Tədris ilinin başlanması ərəfəsində Dövlət Proqramı çərçivəsində əsaslı təmirdən sonra 249 və 138 saylı tam orta məktəblərin açılış mərasimində cənab Prezident  İlham Əliyevin iştirak etmiş,görülən işlərin keyfiyyətindən razı qalmışdır.Keçən il əsaslı təmir olunmuş 221 və 165 saylı tam orta məktəblərdə, həmçinin yenidən inşa olunmuş 55 saylı tam orta məktəbdə, 287 saylı Zəkalar Liseyinin yeni tikilmiş tədris korpusunda yaradılan şəraitə görədə cənab Prezidentə minnətdarıq.
Dövlət Proqramı ilə rayonumuzdakı uşaq bağçaları da əsaslı təmir olunur.Keçən il 8 və 315 saylı uşaq bağçalarının əsaslı təmirdən sonra açılışında Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva iştirak etmişdir.
Xüsusi vurğulanmalıdır ki, vaxtı ilə uşaq baxçası kimi fəaliyyətə başlamış, sonralar təyinatı dəyişmiş və yararsız vəziyyətdə olan bina Heydər Əliyev fondu tərəfindən sökülərək yerində ümumu sahəsi isə 5300 kvm olan və ən müasir avadanlıqlarla təchiz olunmuş yeni uşaq bağçası tikilmişdir. Akademik Zərifə xanım Əliyevanın adını daşıyan və respublikamızda analoqu olmayan bu uşaq bağçasının açılış mərasimində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva iştirak etmişdir.
Dövlət Proqramı ilə rayonumuzdakı 5 səhiyyə müəssisəsi əsaslı təmir olunmuş, Əhmədli qəsəbəsindəki 14 saylı poliklinika və 2 saylı vərəm dispanseri isə sökülərək yerində müasirləri tikilmişdir.Digər investisiya proqramları ilə də rayonumuzun səhiyyə müəssisələrinin əsaslı təmiri aparılmışdır.
Yeni tikilmiş və ya əsaslı təmir olunmuş bütün təhsil və səhiyyə müəssisələrinin,uşaq bağçalarının maddi-texniki bazaları yaxşılaşdırılmış, bu günkü tələbata cavab verən ən müasir avadanlıqlarla,informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuşdur.
Rayondakı mənzil-kommunal obyektlərinin istismarındakı vəziyyətin yaxşılaşdırılması da icra olunan layihələr çərçivəsində həyata keçirilir.Nobel 5 ünvanda inşa olunmuş modul tipli istilik qazanxanası bu ərazidə 20 ildən artıq müddətdə istilik almayan 18 çox mərtəbəli binanın istilik təchizatını təmin etmiş,N.Tusi 31 ünvanda müasir tipli yeni istilik qazanxanasının istismara verilməsi ətrafdakı obyektlərin və yaşayış binalarının istilik təminatını yaxşılaşdırmışdır.
  İ.İsmayılov,Şıxlinski və Mehmandarov küçələrində 8 istilik məntəqəsinin qazanxanaya çevrilməsi isə sürüşmə meyilliyinin müşahidə olunması ilə  əlaqədar istilik təminatı dayandırılmış uşaq bağçalarının,səhiyyə müəssisəsinin və 91 yaşayış binasının istilik sisteminin bərpa olunmasına imkan vermişdir.
İstismar müddəti başa çatmış liftlərin yeniləri ilə əvəz olunması istiqamətində də işlər aparılır.Keçən il 693 lift yenisi ilə əvəz olunmuş,192 liftdə isə əsaslı təmir işləri aparılmışdır.
Vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək,ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə onlara cavab verilməsi təmin olunmuş, vətəndaşların mütəmadi qəbulu təşkil edilmiş, səyyar görüş-qəbullara daha çox üstünlük verilmişdir.
Vətəndaşların müraciətlərinin təkmilləşdirilməsində elektron müraciətlərin əhəmiyyətini nəzərə alaraq   Rayon İcra Hakimiyyətinin internet saytı hesabat dövründə də fəaliyyətini davam etdirmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışdı. Cənab T.Tağıyev rayonun təhsil sahəsindəki uğurlarını yüksək dəyərləndirdi və həmçinin rayonun iqtisadi inkişafına diqqət yetirdi, bundan sonra da icra olunan layihələrin davam etdirilməsini tövsiyyə etdi.
Müzakirələrdən sonra hesabat yığıncağının qərarı qəbul edildi və yığıncaq iştirakçılarının  Azərbaycan Respublikasının cənab İlham Əliyevə ünvanlanmış müraciətinin mətni oxunaraq qəbul edildi.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı cənab Razim Məmmədov hesabat yığıncağını yekunlaşdırdı.

Keçidlər