Xətai rayon İcra Hakimiyyətində Xocalı faciəsində həlak olanların ailə üzvləri ilə görüş keçirilidi
25.02.2020-ci il tarixdə tariximizə qanlı hərflərlə yazılan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Xətai rayon İcra Hakimiyyətində Xocalıdan olan rayon sakinləri ilə görüş keçirildi. Tədbir iştirakçıları ilk öncə Xocalı parkına gələrək "Ana harayı" abidəsi önünə gül dəstələri düzdülər.
Faciədə həlak olan insanların ailə üzvləri ilə keçirilən görüşdə rayon icra hakimiyyəti başçısı Rafiq Quluyev bildirdi ki, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoyulmadan həyata keçirilən bu soyqırım aktı xalqımızın azadlıq və müstəqillik istəyini məhv etməyə yönələn siyasi addım idi.
Digər çıxışçılar isə diqqətə çatdırdılar ki, dövlət tərəfindən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü işlər həyata keçirilir. Soyqırımla bağlı rayon icra hakimiyyəti tərəfindən xüsusi bukletlər hazırlanıb, müəssisə və təşkilatlara paylanılıb.
Çıxış edən Xocalı hadisələrinin şahidləri və məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.