Şriftin ölçüsü :

Saytın rəngi :

Hər həftənin bazar ertəsi günləri keçirilən rayon İcra Hakimiyyətinin başçısının vətəndaşların qəbulu ilə bağlı 03.03.2014-cü il tarixə olan məlumat

04 mart 2014 | 11:00

03.03.2014-cü il tarixdə keçirilən rayon İcra Hakimiyyəti başçısının qəbulunda 15 nəfər vətəndaş iştirak etmişdir. Qəbulda vətəndaşlar Vəliyeva Nərgiz, Məmmədova Nazilə, Bayramova Sevinc, Şahsuvarov Əliabbas, Ağalarov Kərəm, Bayramov Qəzənfər,  Məhərrəmov Elxan,  Üzeyirova Solmaz, Mehdiyeva Qəmər, Heydərova Şövkət, Əliyeva Natavan, Məhərrəmova Zəhra, Nəcəfov Qalib, Qafarov Qəzənfər,  Əliyev Əfqan tərəfindən əsasən sosial və kommunal məsələrin həlli, o cümlədən damın təmir olunması, qazın çəkilməsi, mənzil məsələsi, evinin sənədləşdirilməsi, maddi yardım edilməsi   və  s. məsələlər ilə bağlı müraciətlər  dinlənildi və bu məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verildi.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Razim Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin diqqətdə saxlanılmasını, müvafiq tədbirlər görülməsini  məsul şəxslərə göstəriş verdi. Qəbulun sonunda cənab Başçı qəbulda iştirak edən bütün xidmət sahələrinin rəhbərlərinə vətəndaşların qaldırdığı problemlərə həssaslıqla yanaşmağı tapşırdı.

Keçidlər