Turnirin qalibi Xətai rayon komandası olub
28 fevral 2020 | 11:00
Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mahir nişançı” adlı güllə atıcılığı turniri keçirilmişdir.
Turnir iştirakçıları pnevmatik tüfəngdən 3 sınaq və 5 əsas atış edərək mübarizə aparmışlar. Nəticələrə görə Xətai rayon komandası birinci , Nəsimi rayon komandası ikinci , Yasamal rayon komandası üçüncü yerə layiq görülmüşlər.
Qalib komandalar diplom, medal və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.