İnqilab İsmayılov küçəsi 56, 58 saylı ünvanında abadlıq işləri sürətlə davam edir
Rayonun simasının daha da gözəlləşməsi və müasirləşməsi, əhalinin rahatlığının təmin edilməsi istiqamətində rayon İcra Hakimiyyəti tərəfindən müntəzəm aparılan abadlıq-quruculuq işləri çərçivəsində rayonun İnqilab İsmayılov küçəsi 56, 58 saylı ünvanında abadlıq işləri sürətlə davam edir.
Görülən işlər çərçivəsində qanunsuz çəpərlənmələr və yöndəmsiz tikililər sökülüb, sakinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə ərazidə təmizlik və abadlıq işləri aparılıb. Hazırda yaşıllıq zolağının salınması, hərəkət hissələrinin qəmbər daşlarla döşənməsi, uşaq oyun meydançalarının, oturacaq və söhbətgahların quraşdırılması həyata keçirilir. Binanın fasadı, dam örtüyü, zirzəmisi, blok giriş qapıları təmir olunur. Parkda idman və uşaq oyun meydançaları ilə yanaşı, velosiped zolağının da salınması nəzərdə tutulur. Həmçinin binanın önündən keçən avtomobil yolu genişləndirilir, kənarlarına bordyorların düzülür, piyada səkiləri çəkilir.
Məlumat üçün qeyd edək ki, hazırda rayon ərazisində 14 ünvanda yaşayış binalarının həyətlərinin abadlaşdırılması işləri aparılır. Burada çalışanların əksəriyyəti işsizlik problemi ilə üzləşən və DOST iş mərkəzi tərəfindən işlə təmin olunaraq rayon ərazisində gedən abadlıq- quruculuq işlərinə cəlb olunan rayon sakinləridir. Sonradan həmin şəxslər salınan parklara və yaşıllıqlara nəzarət və qulluq üçün burada işini davam etdirəcəklər.