Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər geniş şəkildə davam etdirilir

23 mart 2020 | 11:00

 Paytaxtda bu xəstəliyə yoluxma hallarının qarşısının alınması, aparılan müvafiq profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə şəhərin kommunal xidmətlərinin kollektivləri xüsusi gücləndirilmiş iş rejiminə keçərək dezinfeksiya tədbirlərini davam etdirirlər.

Hər gün paytaxtın kommunal xidmət qurumları tərəfindən xüsusi dezinfeksiyaedici maddələrlə küçə və prospektlərin kənarları, yol kənarlarındakı məhəccərlər və s. yuyulur. Bu işlər təsdiq edilmiş qrafikə uyğun olaraq həm paytaxtın mərkəzində, həm də mərkəzdən kənarda səhər saat 06:00-dan 08:00-dək, axşam saatlarında saat 21:00-dan 23:00-dək xüsusi kommunal texnikalar vasitəsi ilə həyata keçirilir. Bununla əlaqədar növbəti dezinfeksiya işləri Xətai rayonunun Məhəmməd Hadi, Neapol, Rahib Məmmədov, Aşıq Ələsgər küçələrində, Ukrayna dairəsində, Qara Qarayev və Gəncə prospektlərində aparılır. Həmin işlər, eləcə də Xətai rayon sakinlərinin gəzinti və istirahət yeri olan Heydər Əliyev parkında da görülüb.

Eyni zamanda, gündəlik olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan yaşayış binalarında, oradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkənlərində, konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, həmçinin digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır, əlavə olaraq qabaqlayıcı və maarifləndirici tədbirlər görülür.

 

Keçidlər