Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda dezinfeksiya işləri davam etdirilir

25 mart 2020 | 11:00

Respublikanın hər yerində olduğu kimi Xətai rayonunda da  mütəmadi olaraq profilaktik tədbirlər davam etdirilir.

Dünyada koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsinin müşahidə olunduğu dövrdə Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ölkə başçısının diqqət mərkəzindədir.

Xətai rayonunda da  bu məqsədlə qərargah yaradılmışdır. Koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunmuş və əhalinin sosial təcrid olunması üçün müvafiq addımlar atılmışdır.
Xətai rayonunda koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə rayonun Nobel, Gəncə, Xocalı prospektlərində,  M.Hadi, Naximov, Q.Nəbi, A.Ələsgər, Sadıqcan və s. küçələrində, Əhmədli qəsəbəsində küçə və dalanlarda dezinfeksiya işləri aparılıb.  Ümumilikdə 861 yaşayış binasında,  3096 bina girişində  və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, piyada keçidlərində, dükanların qarşısı, 8 park, 262 meydança, 13 abad həyət,ümumilikdə  47000 kv.m  sahədə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri aparılıb. Həmçinin gündəlik olaraq məhəllələrdə oturacaqlar, idman qurğuları, söhbətgahlar, uşaq meydaçalarında, məişət tullantılarının atıldığı konteyner meydançalarında da dərmanlanma həyata keçirilir.

Bütün sakinlərə maksimum dərəcədə evdən çölə çıxma saylarının minimuma endirilməsi, həmçinin hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi barədə məlumatlar verilir.

Rayonun qəsəbələrində dezinfeksiya işlərinə aparan 150 nəfərin hər biri lazımi püskürücü  texnika, ləvazimatlar, xüsusi geyim formaları ilə təmin edilmişdir. Dezinfeksiya edən şəxslərə bu texnika və ləvazimatların istifadə şərtləri izah edilmiş, bildirilmişdir ki, bu şərtlərə ciddi əməl olunmalıdır. Aparılan dezinfeksiya işləri gündəlik nəzarətdə saxlanılır.

 

Keçidlər