Xətai rayonunda xüsusi karantin rejiminə nəzarət gücləndirilib+VİDEO
Xətai Rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan aztəminatlı, yaşlı, kimsəsiz insanlara qayğı göstərilib. Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində qeydiyyatda olan bu qəbildən olan insanlar müəyyənləşdirilib və 200 tənha yaşayan ahıl vətəndaşa baş çəkilib, onlara ərzaq yardımı göstərilib.
https://www.facebook.com/173778893157406/videos/206993960592349/
https://www.facebook.com/panah.imanov.3/videos/10158236204849433/
Nazirlər kabineti yanında Operativ Qərgahın qəbul etdiyi xüsusi karantin rejiminin tələb və tövsiyyələrinə rayonda ciddi əməl olunur. Operativ Qərargahın qərarına uyğun olaraq Xətai rayonunda bütün park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədi ilə giriş məhdudlaşdırılıb.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, rayonda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəlikərinin, bələdiyyələrin nümayəndələrindən ibarət 2-3 nəfərlik mobil qruplar yaradılıb.
Rayonda, eyni zamanda genişmiqyaslı dezinfeksiya işləri davam edir. Xüsusi texnikalardan istifadə olunaraq su şırnaqları ilə küçə və məhəllədaxili yollar yuyularaq dezinfeksiya edilir. Çoxmənzilli yaşayış binalarının ətrafında, girişlərində, liftlərdə, pilləkan qəfəslərində, həyətlərdə, qeyri-yaşayış obyektlərində dezinfeksiya işləri mütəmadi həyata keçirilir.