Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda ictimai işlərə cəlb olunanlar abadlıq sahəsinə öz töhfələrini verirlər+VİDEO

29 aprel 2020 | 11:00

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının, törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar iş yerlərinin fəaliyyətinin dayanması səbəbindən insanlar iş yerlərini itirmişlər. Bu səbəblə yaranmış maddi və mənəvi çətinliyin aradan qaldırılması məqsədilə önləyici tədbirlər görülməkdədir. Belə ki, iş yerlərinin qorunması tədbirləri ilə yanaşı, əhalinin məşğulluq imkanlarının artırılması dövlətin prioritet fəaliyyət istiqamətlərindən biridir.

https://www.facebook.com/173778893157406/videos/553936431923019/

Ölkə başçısı  cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun artırılması, işsizlik səviyyəsinin minimuma endirilməsi məqsədilə respublikanın bütün şəhər və rayonlarında olduğu kimi Xətai rayonunda da sakinlərin ödənişli ictimai işlərə cəlb olunması tədbirləri uğurla davam etdirilir.

Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İŞ Mərkəzi vasitəsilə aprel-may ayları üzrə  yaradılan ictimai iş yerləri ilə təmin olunmaq üçün Xətai rayon Məşğulluq Mərkəzinə 1300-dən artıq müraciət daxil olmuş, onlardan   aylıq məvacibləri ödənilməklə 800-dən artıq  işsiz vətəndaş  müxtəlif   işlərə cəlb olunmuşdur. Hazırda bu işçilərin bir qismi Məzahir Rüstəmov, İnqilab İsmayılov, Şirvani, Qaçaq Nəbi küçələrində və rayonun digər ərazilərində aparılan abadlıq-quruculuq  işlərində fəal iştirak edirlər.  

Yeni yaradılan iş yerləri həmçinin dezinfeksiya işlərini, həssas qruplara sosial xidmətlərin göstərilməsi, karantin dövründə ehtiyaclı ailələrə maddi yardımların çatdırılması  və s. kimi sahələri əhatə edir. Xətai rayon sakinlərinin diqqətinə bi daha çatdırılır ki, karantin rejimi dövründə işsiz qalmış şəxslər ödənişli ictimai işlərə cəlb olunmaları ilə bağlı rayon İcra Hakimiyyətinin qaynar xəttinə zəng edə və ya elektron qaydada müraciət ünvanlaya  bilərlər. Tel: (+99412) 490-08-08,   E-mail: mail@khatai-ih.gov.az

Keçidlər