Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon İcra Hakimiyyətində onlayn müşavirə keçirilib.

05 may 2020 | 11:00

Ölkədə davam edən karantin rejimi ilə əlaqədar Xətai  rayon İcra Hakimiyyətində onlayn müşavirə  keçirilib.

Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevin  sədrliyi ilə keçirilən müşavirədə 1,2,3,4 saylı Sahə inzibati ərazi dairələrinin və Əhmədli qəsəbə inzibati ərazi dairəsinin nümayəndələri, bələdiyyə sədrləri  xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Videokonfransda çıxış edən Rafiq Quluyev  koronavirus pandemiyası dövründə Xətai rayonunda görülən işlər barədə qısa məlumat verib. Azərbaycanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılması qərarından irəli gələn qaydalara riayət edilməsinə nəzarətin daha da gücləndirilməsi,sakinlər arasında təbliğat işinin mütəmadi aparılması,bundan sonra Xətai rayonunda pandemiyanın yayılmasına qarşı mübarizə çərçivəsində görüləcək işlər və qarşıya qoyulmuş vəzifələrin icrası müzakirə edilib. İcra Hakimiyyətnin başçısı mövcud şəraitdə yerli sakinlərə göstərilən yardım, aparılan dezinfeksiya işləri və əhalini narahat edən digər məqamlara toxunub.  

Bununla bərabər son günlərdə ölkəmizdə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxslərin cəzalandırılması,ölkə başçısı cənab İlham Əliyevin şəffaf fəaliyyət prinsipinə,eləcə də tapşırıq və tövsiyyələrinə, dövlət qulluqçusu statusu daşıyan hər bir kəsin birmənalı riayət etməli olduğu və bu məsuliyyətin dərk edilməsinin vacibliyi  barədə söhbət aparılıb.

Keçidlər