Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda İnqilab İsmayılov küçəsi abadlaşır

06 may 2020 | 11:00

Rayonun simasının daha da gözəlləşməsi və müasirləşməsi, əhalinin rahatlığının təmin edilməsi  istiqamətində Xətai rayon İcra Hakimiyyəti tərəfindən  davamlı olaraq abadlıq-quruculuq işləri  aparılır. Abadlıq işləri yekunlaşan növbəti küçə İnqilab İsmayılovdur.

Görülən işlər çərçivəsində İnqilab İsmayılov küçəsi 56, 58, saylı ünvanında abadlıq işləri yekunlaşıb, 3,5,7 saylı ünvanlarda isə yekun tamamlama işləri aparılır. 

Görülən işlər çərçivəsində qanunsuz çəpərlənmələr və yöndəmsiz tikililər sökülüb, sakinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə ərazidə təmizlik və abadlıq işləri aparılıb.Yaşayış binalarının yaxınlığında müasir standartlara cavab verən park  və bağlar salınmış, küçə boyu yeni  yaşıllıq zolaqları salınmış, hərəkət hissələrinə qəmbər daşlar döşənmiş, uşaq oyun-əyləncə meydançaları, oturacaq və söhbətgahlar, su fəvvarəsi,  idman meydançası və idman qurğuları quraşdırılmışdır. Həmçinin,  yaşayış  binalarının  fasadları  rənglənmişdir. Abadlaşdırılan bütün ərazilər ən müasir işıqlandırma sistemləri ilə təchiz olunmuşdur. Küçə boyu  velosiped zolağı  salınmış, avtomobil yolunun  kənarlarına bordyorlar düzülmüş, piyada səkiləri çəkilmişdir. 

Məlumat üçün qeyd edək ki, hazırda rayon ərazisində 13 ünvanda yaşayış binalarının həyətlərinin abadlaşdırılması işləri davam etdirilir. Burada çalışanların  əksəriyyəti  işsizlik problemi ilə üzləşən və DOST iş mərkəzi tərəfindən işlə təmin olunaraq rayon ərazisində gedən abadlıq- quruculuq işlərinə cəlb olunan  rayon sakinləridir. Sonradan həmin şəxslər salınan  parklara  və yaşıllıqlara nəzarət və  qulluq üçün burada işlərini  davam etdirəcəklər.

 

Keçidlər