Şriftin ölçüsü :

Saytın rəngi :

M.Mehdizadə və Naximov küçələrində kommunikasiya xətləri yenilənir

08 may 2020 | 11:00

Xətai rayonunda  yolların əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma, qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində  tədbirlər davam etdirilir. 

Bu istiqamətdə görülən işlər çərçivəsində Yusif Səfərov küçəsinin  28 may küçəsinin kəsişməsinə qədər olan Mehdi Mehdizadə küçəsində yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar  istismar müddəti başa çatmış yeraltı  qaz xətləri,  müxtəlif diametrə malik su xətləri müasir tələblərə uyğun yeniləri ilə əvəzlənir.   Küçə boyunca  yolun hər iki tərəfində vətəndaşlar tərəfindən qeyri-qanuni zəbt edilərək hasarlanmış ərazilər sökülərək təmizlənir, ətrafı abadlaşdırılma tədbirləri həyata keçirilir.

Həmçinin rayonun Naximov küçəsi 15V ünvanında  kanalizasiya sisteminin təkmilləşdirilməsi məqsədilə istismar müddətini başa vurmuş köhnə, yararsız, kiçik diametrli  xətt dəyişdirilərək daha geniş diametrli yenisi ilə əvəz olunur.

 

Keçidlər