Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda abadlıq və yaşıllaşdırma işləri davam etdirilir.

06 mart 2014 | 11:00

Xətai rayon İcra Hakimiyyəti tərəfindən Nobel prospekti və Xəzər dənizi arasındakı ərazidə  “Ağ şəhər”  istiqamətində aparılan abadlıq-quruculuq işləri davam etdirilir. Ərazidə aparılan abadlıq və yaşıllaşdırma işlərinə birbaşa nəzarət edən rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov gün ərzində bir neçə dəfə əraziyə gələrək müvafiq tapşırıq və tövsiyyələrini verir.
Aparılan abadlıq-quruculuq işləri çərçivəsində  Nobel prospekti 3, 5, 7 ünvanlarında yaşayış binalarının fasadları aqlay daşlar ilə üzlənmiş, dam örtükləri dəyişdirilərək mansard mərtəbəli yeni dam örtüyü ilə əvəzlənmiş, balkonlarda  tökmə metal məhəccərlər quraşdırılmışdır. Binalar arasındakı keçidlərdə klassik tağlar inşa edilərək milli ornamentlərin əks olunduğu  şəbəkələrlə bəzədilmişdir. Milli parkın genişləndirilməsi ilə bağlı dənizqırağı zolaq mövcud köhnə və fiziki cəhətdən aşınmaya məruz qalmış obyekt və tikililərdən təmizlənmiş və həmin ərazilərdə üfüqi planlaşdırma aparılaraq 2 ha sahəyə qazon örtüyü döşənərək suvarma sistemi quraşdırılmışdır. Hazırda ərazinin üfüqi planlaşdırma işləri “Yeni Həyat” yaşayış kompleksinə qədər davam etdirilməkdədir.

Keçidlər