Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon İcra Hakimiyyətində videomüşavirə keçirilib

14 may 2020 | 11:00

Xətai rayon İcra Hakimiyyətində  rayon İcra Hakimiyyəti başçısı Rafiq Quluyev,  aparatın şöbə müdirləri, rayon İcra Hakimiyyəti başçısının  sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin iştirakı ilə  videomüşavirə keçirilib.

Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev  prezident İlham Əliyevin gərgin fəaliyyətinin nəticəsi olaraq ölkəmizdə COVİD 19 pandemiyasına qarşı aparılan mübarizənin öz bəhrəsini verdiyini bildirib. Qeyd olunub ki, pandemiya dövründə bir çox ölkələrdə iqtisadi böhranın yarandığına baxmayaraq respublikamızda heç bir sosial layihə dayandırılmamış, cənab İlham Əliyevin göstərişi ilə aztəminatlı ailələrə dövlət qayğısı davam etdirilmişdir. R.Quluyev son günlərdə vəzifə səlahiyyətlərindən öz mənafelərinə uyğun istifadə edən şəxslərin qanunla cəzalandırılmasının ölkə başçısının qarşıya qoyduğu tapşırıqların icrasında hər kəsin şəffaf olmalı olduğunu bir daha göstərdi. Bildirildi ki, cənab Prezidentin ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı fikirləri, həyata keçirilən layihələr haqqında məlumatları biz hamımız ətraflı öyrənməliyik və əhaliyə çatdırılmalıyıq.

Aparatın şöbə müdiri Pənah İmanov  ötən həftə ərzində ölkə başçısının mühüm görüşlərdə iştirak etdiyini, eyni zamanda vacib fərman və sərəncamlar imzaladığını bildirdi. P.İmanov  ölkə başçısının iştirakı ilə ( Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü, Sumqayıtda “Gilan Tekstil Park” MMC-in tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin və Modul tipli ilk xəstəxana kompleksinin açılış mərasimləri, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarının ziyarət edilməsi, Azərbaycan Respublikasının yeni Baş Prokurorunun və Kəlbəcər Rayon İcra Hakimiyyətinin yeni başçısının videoqəbulu) keçirilən bütün tədbirlərdə və görüşlərdə İlham Əliyev tərəfindən mühüm mesajların, tapşırıq və tövsiyyələrin verildiyini qeyd etdi. 

Müşavirədə bir daha vurğulandı ki, Ölkə başçısının Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevlə keçirdiyi  videoqəbullar zamanı onların qarşısına qoyulan bütün tapşırıqlar, qeyd etdilən iradlar hər bir dövlət məmurunun əməl etməli olduğu  üçün vacib amillərdir.

Keçidlər