Naximov küçəsində su və qaz xətləri yenilənir
Xətai rayonunda yolların əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma, qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Rayonun Naximov küçəsində qaz və su sistemlərinin təkmilləşdirilməsi məqsədilə istismar müddətini başa vurmuş köhnə, yararsız, kiçik diametrli xəttlər dəyişdirilərək daha geniş diametrli yeniləri ilə əvəz olunur.
Görülən işlər çərçivəsində köhnələrək sıradan çıxmış dəmir su boruları ümmumilikdə uzunluğu 17000 m olmaqla 315, 280, 225,160, 110 diametrli politilen xətlərlə əvəz olunur. Həmçinin istismar müddəti bitərək karroziyaya uğramış müəyyən sızmalara səbəb olan yerüstü qaz xətləri isə 1400 m uzunluqda TE 200 mm diametrli yeraltı qaz xətləri ilə əvəzlənir.