Xətai rayonundakı 7 saylı şəhər poliklinikasında əhali pulsuz tibbi müayinədən keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il fevralın 17-dən may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırığına əsasən, martın 5-də Xətai rayonundakı 7 saylı şəhər poliklinikasında rayon sakinləri pulsuz tibbi müayinədən keçmişlər. Poliklinikaya səhərin erkən saatlarından başlayaraq rayonun idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanların, pensiyaçıların axın-axın gəlişi müşahidə olunurdu. Əsalı səbəblərdən müayinəyə gələ bilməyən vətandaşların yaşadıqları evlərə isə yüksək ixtisaslı tibb mütəxəssislərindən ibarət həkim briqadaları göndərilmişdi. Rayon sakinlərinin mütəşəkkil surətdə tibbi müayinələrə cəlb olunmaları işin yüksək səviyyədə təşkilindən xəbər verirdi.
Bu cür kütləvi müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Rayonda fəaliyyət göstərən bütün səhiyyə ocaqları ən son texnologiyalara uyğun, müasir tibbi avadanlıqlarla təhciz edilib. Bu da sakinlərin lazımı qaydada müayinədən keçməsinə şərait yaradır.
Ölkə başçısı tərəfindən əhalinin sağlamlığının qorunmasına yönələn bu qayğı və diqqət rayon sakinləri tərəfindən də razılıqla qarşılanır.