Şriftin ölçüsü :

Saytın rəngi :

Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməlidir!

05 iyun 2020 | 11:00

Mətbuatda xəbər verildiyi kimi Prezident  İlham Əliyev bu günlərdə Tərtər, Ağcabədi rayonunlarına səfərdə olub, bir sıra vacib obyektlərin açılışında iştirak edib, vətəndaşlarla görüşüb. Ölkə rəhbərinin bu tədbirlərdə qoruyucu maskadan istifadə etməsi, sosial məsafə və digər müvafiq tövsiyələri gözləməsi sadə vətəndaşların  gigiyenik qaydalara ciddi əməl etməsinə və məsələyə  məsuliyyətlə yanaşmalarına  nümunə və mesajdır.
    Dövlətimizin  başçısı möhtərəm İlham Əliyevin Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir.
Bu gün dünayanı  cənginə almış  koronavirus infeksiyasının  vətəndaşlarımızın sağlamlığına, ölkəmizin sosial iqtisadi həyatına təsirinin minimuma endirilməsi üçün dövlətimizin  başçısı cənab  İlham Əliyevin Liderliyi ilə son aylarda böyük işlər görülür: “Həyata keçirilən tədbirlər bir tərəfdən virusun insan sağlamlığına təsirinin qarşısını almaq məqsədi daşıyırsa, digər tərəfdən iqtisadi subyektlərin, sahibkarların, kənd təsərrüfatı sahələrində əmək fəaliyyəti ilə məşğul olanların, işləməyənlərin maddi itkilərinin azaldılmasına və dövlət tərəfindən qarşılanmasına xidmət edir. Hökumətimizin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Məhz  bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsinə artıq başlanılmışdır. Lakin vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığı səbəbindən, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təklif hazırlanmışdır.”
  Həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Son sərtləşmənin  yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığın olmamasına xidmət edir: “Bir fikri də xüsusi olaraq  qeyd etmək istəyirəm  ki,  vətəndaşlarımız həkimlərin və digər tibb işçilərinin yorğunluqla gərgin şəraitdə işləməsini də nəzərə almalıdırlar. Əgər virusa yoluxanların sayı azalmasa,  biz  daha ağır fəsadlarla üzləşə bilərik.”
Bölgələrə hər səfərində Prezident İlham Əliyevin şəxsində  siyasi liderlik üçün xarakterik olan zəngin dövlət idarəçiliyi təcrübəsi, möhkəm siyasi iradə, müdriklik və uzaqgörənlik, qətiyyət və cəsarət, natiqlik məharəti kimi keyfiyyətlərin hamısı ahəngdar şəkildə  birləşdirdiyinə şahid oluruq.  “Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında Azərbaycanın müxtəlif dövrlərə aid sərgilənən xəritələrə baxarkən Prezidentin:“Bizim tarixi adlarımız burada gərək öz tarixi adları ilə əks olunsun. Sisyanın əsl adı Qarakilsədir. Sonradan ermənilər buna Sisyan adı veriblər. Ona görə bunu pozun və Qarakilsə yazın” və ya “İndiki Ermənistan Respublikasının toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Onlar müxtəlif vaxtlarda bu toponimləri dəyişdiriblər.. ” fikirlərini bəyan etməsi sözün əsl mənasında cənab  İlham Əliyevin hərtərəfli inkişaf etmiş dövlət xadimi olduğunu təsdiqləyir. Bu həqiqəti Prezident İlham Əliyev ardıcıl və məqsədyönlü siyasəti və yorulmaz fəaliyyəti ilə isbat etmişdir.”

 

                                                        Yeni  Azərbaycan  Partiyası Xətai  rayon təşkilatının sədri, yazıçı-dramaturq  Hüseynbala Mirələmov  

Keçidlər