Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblərarası futbol yarışmasının qalibləri bəlli oldu.

08 mart 2014 | 11:00

5 mart-Bədən tərbiyəsi günü ilə əlaqədar Xətai rayon məktəbləri arasında mini-futbol yarışı keçirilmişdir. Heydər Əliyev liseyində  təşkil olunmuş  yarışda rayonun 20 məktəbinin  komandası iştirak edirdi. I yerə 29 saylı  tam orta məktəbin , II yerə Heydər Əliyev adına liseyin , III yerə isə 63 saylı tam orta məktəbin komandaları layiq görüldülər. Qalib komandalar Xətai rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və hədiyyələr ilə mükafatlandırıldı.

Keçidlər