Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun- Milli Qurtuluş Gününə həsr olunmuş “Biz fəxr edirik ki, Azərbaycanlıyıq!” adlı onlayn görüş keçirilib

16 iyun 2020 | 11:00

1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Xətai Rayon Gənclər və İdman İdarəsi, Nəsimi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 iyun- Milli Qurtuluş Gününə həsr olunmuş “Biz fəxr edirik ki, Azərbaycanlıyıq!” adlı onlayn görüş keçirilib.

Görüşün məqsədi –Ümummilli lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışı ilə dövlətimizin müstəqilliyinin qorunub saxlanılması uğrunda gördüyü işləri gənc nəslə təbliğ etmək olmuşdur.

Görüşdə  Baki Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil sektorunun müdiri Fuad Babayev, Təhsil xidmətləri araşdırması və təhlil mərkəzinin direktoru Kamran Əsədov, Azərbaycanın xalq artisti Gülyanaq Məmmədova, Azərbaycanın əməkdar artisti Gülüstan Əliyeva,Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva, Millət Vəkili Etibar Əliyevin köməkçisi Pərvin Mahmudov, İctimai nəzarət komitəsinin sədri Rasim Əliyev, İctimai nəzarət komitəsinin qərargah rəisi Anar İsmayılov, Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov,  Xətai və Nəsimi rayon Gənclər və İdman İdarələrinin rəhbər işçiləri,  “Dünya mənim” jurnalının baş redaktoru Gülüzar İbrahimova, 64 nömrəli tam orta məktəbin direktoru Rafael Mehdiyev, 95 saylı tam orta məktəbin direktoru Elçin Abdullayev, məktəb direktorları və şagirdlər  iştirak ediblər.

 Görüşdə ilk öncə Ümummilli lider Heydər Əliyevin xalqın müstəqilliyi və azadlığı uğrunda gördüyü işləri özündə əks etdirən videoçarx nümayiş edilib. Sonra 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Məktəb teatrı” ,”Dram”, “Musiqi” dərnəyinin üzvləri, 95, 211, 63, 64, 191 nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərliyə, müstəqilliyə həsr olunmuş şeir kompozisiyası və musiqi nömrələri ilə çıxış etmişlər. İştirak edən qonaqlar ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin müstəqilliyi yolunda gördüyü işlər haqqında danışıblar . Qeyd olunub ki, Heydər Əliyevin hakimiyyətə qayıtmasından əvvəl ölkədəki vəziyyət ölkədəki kriminagen vəziyyət son həddə çatmışdı.  Bakı şəhərinin küçələrində heç kimə tabe olmayan əli silahlı qruplar və fərdlər istədikləri adamı cəzalandıra bilirdilər. Gənc nəsil bunu bilməsə də, o zamankı vəziyyəti gündəlik həyatında hiss edən hər bir şəxs təsdiqləyə bilər ki, hər hansı adi vətəndaşın evdən çıxaraq sağ-salamat qayıtmasına əminlik yox idi. Belə bir dövrdə ölkənin müstəqilliyinin itirilməsi ilə üzləşdiyi bir şəraitdə AXC hakimiyyəti xalqın israrlı tələbləri ilə, çıxış yolunu yeganə xilaskar kimi Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməkdə gördü. Yalnız Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra ölkədə həm daxili, həm xarici siyasətdə milli barış və inkişaf dövrü başlandı. belə ki, Heydər Əliyev Bakıya gəldikdən sonra qısa bir müddətdə daxili ictimai-siyasi vəziyyəti nəzarət altına aldı, sabitlik təmin edildi,  Dağlıq Qarabağ münaqişəsində atəşkəs müqaviləsi imzalandı, öÖlkə daxilində separatçılıq meyllərinin qarşısı alındı. Ulu Öndərin səyləri nəticəsində dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı və daha sonrakı illərdə Heydər Əliyev Ermənistanın adını bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salmağa müvəffəq oldu. 

 

Keçidlər