Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan Respublikasının küçə təyinatlı baş naziri Nikol Paşinyanın fəaliyyəti onun marianet mahiyyətindən irəli gəlir

20 iyun 2020 | 11:00

Ermənistan Respublikasının küçə təyinatlı baş naziri Nikol Paşinyanın fəaliyyəti onun marianet mahiyyətindən irəli gəlir.

Nikol Paşinyanın hakimiyyətə meydandan qərbin  xeyir- duası ilə gətirilməsi məlumdur. Missiyası marianetlik olan Paşinyan sələflərindən fərqli olaraq Rusiyanın deyil, qərbin sifarişi, tapşırığı ilə oynayır. Və bu zaman vurnuxmalarla yerini möhkəmlətmək istəyi də görünür. İnklüziv xarakterli bu " siyasi xadim " uzun illər hakimiyyətdə olmuş, möhkəm dayaqlara malik Qarabağ klanını zəiflətmək , öz yerini möhkəmlətmək üçün Qarabağ kartı ilə oynamağa üstünlük verməyə başladı. Bu zaman sifarişçlərinin və Rusiyanın maraqlarını tarazaşdıra bilmədi. Onun başbilənlərinin bucağın tənböləni rolunu oynaya bilməsi üçün qurduğu planlar iflasa uğradı. Çıxış yolu üçün etdiyi çabalar pandemiya dövründə bataqlığa girməsini daha da surətləndirdi.

Pandemiya Ermənistan üçün elə Paşinyan deməkdir. Paşinyan da Ermənistan üçün elə pandemiya deməkdir. Bu reallığı anlayan Ermənistan cəmiyyəti palçığa doğru yuvarlandığının fərqindədir. Paşinyan son vaxtlar aqressiv diktator rolunda çıxış edir. Ölkə iqtisadiyyatının çökməsi fonunda Nikol varlanmaq hərisliyini gizlədə bilmir. Belə ki, artıq milyonerlərin çökdürülərək varlarina müxtəlif hüquqi don geyindirməklə əl qoyması ictimaiyyətin narahatlığına səbəb olmaqdadir. Bu yöndə həyata keçirdiyi həbslər Nikol Paşinyanin xislətindən xəbər verir.

Ermənistanın başa bəla baş naziri ona siyasi səhnədə mane ola biləcək şəxsləri xüsusilə parlamentdə təmsil olunan Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyanı və tərəfdarlarını çıxdaş etmək üçün  "səlib yürüsünə " başlamasını qeyd etmək lazımdır. Çarukyan Paşinyanın yarıtmaz siyasətini tənqid edən, onu rəhbərlik etdiyi hökumətlə tam tərkibdə istefaya cağirmasının bədəlini ödəyir. Artiq parlamentdə Çarukyanin həbsinə yol açan deputat toxunulmazlığına yaşıl işıq yandırılıb. Maraqlı haldır ki, Paşinyanın qeyri- qanuni, anti- insanı hərəkətlərinə qərb və ABŞ demokratiyası göz yumur. Səssizlik ritorikası hökm sürür. Ermənistanla nisbətdə  Azərbaycanda müqayisəyə gəlməz azsaylı və miqyas etibarı ilə cüzi və aşağı səviyyədə baş verənlərə qışqıraraq danışan ABŞ və qərb burada artıq ikili deyil , çoxstandartlı münasibət sərgiləyir. Ermənistanın  Ali eşalonunun iştirakı ilə qanunsuzluğa susan Corc Sorosun uşaqları Azərbaycanda özü yıxılaraq başı yarilana səs- səsə verərək həvəslə münasibət bildirir, insan hüquqlarından dərs keçirlər. Ermənistan cəmiyyəti artıq küçə uşağından siyasətçi düzəldilən Paşinyanın marianet mahiyyətini anlamaqdadırlar. Pandemiya dövründə Paşinyanın  daha ciddi və ağır cinayətler torədəcəyini rahatlıqla proqnozlaşdırmaq olar.

Xətai rayonu 138 saylı tam orta məktəbin direktoru,

Riyaziyyat üzrə fəlsəfə doktoru Mirfaiq Mirheydərli 

Keçidlər