Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai qadınları 8 mart gününü qeyd etdilər.

08 mart 2014 | 11:00

Xətai rayonunda 8 mart Qadınlar günü münasibətilə “Kolizey” şadlıq sarayında bayram tədbiri keçirildi. YAP Xətai rayon təşkilatının Qadınlar Şurasının təşkilatçılığı ilə baş tutan tədbirdə millət vəkili Hüseynbala Mirələmov, Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri və rayonun fəal qadınları iştirak edirdilər. Tədbir ulu Öndər  Heydər Əliyevin həyatının müxtəlif mərhələrini əks etdirən  filmin  nümayişi ilə başladı. Millət vəkili Hüseynbala Mirələmov çıxış edərək,  Ulu Öndərin Azərbaycan qadınına verdiyi qiymətdən, göstərdiyi qayğıdan danışdı. Daha sonra  tədbirdə iştirak edən qadınların simasında bütün qadınları təbrik edərək, bayram tortunu  kəsdi. Tədbir YAP Xətai rayon təşkilatının  Qadınlar Şurasının son dövrlərdəki fəaliyyətini əks etdirən videoslaydın  nümayişi ilə davam etdi.
Tədbirdə iştirak edən qonaqlar Xətai rayonunun ölkənin siyasi-iqtisadi həyatındakı əhəmiyyətli rolundan söhbət açdılar. Rayonun  ictimai-siyasi həyatında fəal iştiraklarına görə bəzi qadınlar diplom və hədiyyələrlə təltif edildilər. Millət vəkili Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasının  sıralarına yeni daxil olan gənclərə üzvlük  vəsiqələrini təqdim etdi.
Tədbir musiqili  proqramla başa çatdı.

Keçidlər