Şriftin ölçüsü :

Saytın rəngi :

Son günlər ərzində baş vermiş hərbi toqquşma - bizim növbəti şanlı qələbəmizdir

18 iyul 2020 | 11:00

 Xətai bələdiyyəsinin üzvü Anar Rzayev

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir sıra məsələlərlə yanaşı Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti təxribatı ilə bağlı öz qətiyyətli mövqeyini nümayiş etdirdi.
Cənab Prezidentin fikirlərinə dəstək olaraq qeyd etmək istərdim ki, Ermənistan hərbi birləşmələri tərəfindən Azərbaycan silahlı qüvvələrinin mövqelərinə qarşı atəşi düşünülmüş təxribatdır. İyun ayının 12-dən sonra baş verən siyasi prosesslərin təhlili də onu deməyə əsas verir ki, Nikol Paşinyan və komandası daxili siyasi fiaskonu ört basdır etmək üçün diqqəti başqa nöqtəyə çəkməyə cəhd etdilər. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Ermənistanda demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd edilib, siyasi opponentlər təqib olunur və diktatura hökm sürür. Ona görə də, indi Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, ictimai fikri bu əsas məsələlərdən yayındırsın və bu təxribata şüurlu şəkildə əl atılıb.
Digər tərəfdən, ermənilər əslində Azərbaycan Silahlı Qüvvələrinin həm gücünü həmdə əməliyyat bacarıqlarını çöx gözəl bilirlər. Aprel və Güngüt əməliyyatları zamanı Silahlı Qüvvələrimizdən ciddi zərbə alıblar. Ona görədə bu dəfə bizi siyasi təxribata çəkməklə, hesab edirdilər ki, Azərbaycan Ordusu məhz Tovuz istiqamətindən sərhəd xəttini keçəcək. Ancaq ermənilərin planları və niyyətləri elə plan olaraq da qaldı. Əksinə, Azərbaycan bir daha dünya ictimaiyyətinin diqqətini Ermənistanın işğalçılıq siyasətinə cəlb etməyi bacardı. İstər Azərbaycanla strateji tərəfdaş olan dövlətlər, istərsə də Avropa İttifaqının, ABŞ, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələr proseslərdən narahatlıqlarını bildirsələr də, açıq və ya dolayısıylla Azərbaycana həm siyasi dəstək nümayiş etdirdilər, həm də Azərbaycanın ərazi bütövlüyünün tanıdıqlarını bəyan etdilər. Başqa bir önəmli məqam ondan ibarətdir ki, Azərbaycan daxilində bir daha vahid birliyin, həmrəyliyin mövcudluğu açıq şəkildə nəzərə çarpdı. Şəhidlərin dəfn mərasimlərində izdiham, paytaxt Bakıda Qarabağa, Prezident İlham Əliyevə dəstək yürüşləri bunun əyani göstəricisidir. Digər vacib məqam isə ondan ibarətdir ki, rəsmi dövlət strukturları, KİV və ictimaiyyət vahid hədəfə vura bildi, düşmənin dezinformasiya yaymaq cəhdləri jurnalistlər və sosial media fəalları tərəfindən ifşa edilərək, zamanında qarşısı alındı.
Ermənistan isə yenə acı məğlubiyyətin dadını gördü. Birincisi, planlaşdırılan hərbi hədəfi reallaşmadı. Bu isə onsuz da psixoloji gərginlik yaşayan Ermənistan ordusunda, və onun şəxsi heyyətində ruh düşgünlüyünü daha da dərinləşdirdi. İkincisi Ermənistanın çox güvəndiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) gözləmtiləri özünü doğrultmadı. KTMT-nin iclasının qeyri-müəyyən vaxta qədər təxirə salınması onu göstərir ki, bu hərbi-siyasi blokun üzvləri Azərbaycana qarşı cəbhədə rol almaqda maraqlı və istəkli deyillər. Bu təşkilatın üzvləri, əksinə Azərbaycanla həm siyasi, həmdə iqtisadi əlaqələrin dərinləşdirilməsini heç bir faydası olmayan Ermənistandan üstün tuturlar.
Paşinyan və komandasının bu təxribatı Ermənistan daxilindəki gərgin siyasi vəziyyəti daha da gərginləşdirdi. Bununla da işğalçı ölkədə növbəti inqilablar üçün əlverişli şərait yarandı.

Keçidlər