Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə gücləndirilmiş monitorinqlər davam etdirilir

20 iyul 2020 | 11:00

Xətai  rayonu ərazisində xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə gücləndirilmiş monitorinqlər davam etdirilir.

Rayon İcra Hakimiyyətinin  məsul əməkdaşlarının, yaradılmış mobil qruplar və hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən əhalinin sıx olduğu məkanlarda, bütün ictimai-iaşə və ticarət obyektlərində mütəmadi reydlər keçirilir.
Obyekt sahiblərinə Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə ciddi əməl olunması barədə göstərişlər verilir.
Həmçinin, sakinlərlə ictimai yerlərdə sosial məsafənin gözlənilməsi şərtilə tibbi maskalardan, dezinfeksiyaedici məhlullardan istifadənin, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyinə dair geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır.
Eyni zamanda pozuntu hallarına yol vermiş obyekt sahibləri və ya cavabdeh şəxslər barədə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür. 

Keçidlər