Xətai rayonunda abadlıq-quruculuq işləri uğurla davam etdirilir
Rayonun simasının daha da gözəlləşməsi və müasirləşməsi, əhalinin rahatlığının təmin edilməsi istiqamətində Xətai rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq abadlıq-quruculuq işləri aparılır. Abadlıq işləri yekunlaşmaq üzrə olan növbəti küçələr Mehdi Mehdizadə, İzzət Orucova və Sabir Orucovdur.
Görülən işlər çərçivəsində küçələrə yeni asfalt örtüyü vurulur, avtomobillərin maneəsiz hərəkətinin təmin eilməsi üçün müasir yol infrasrastrukturu yaradılır. Küçələrin kənarlarında yeni yaşıllıqlar, qazon örtüyü salınır və ağaclar əkilir. Mövcud yaşıllıqlara qulluq göstərilir, ağaclarda mövsümi budama işləri aparılır. Həmçinin, yaşıllıqlara qulluq göstərilməsi üçün suvarma sistemləri yaradılıb, gündəlik suvarma işləri aparılır. Küçələrə, səki və keçidlərə dekorativ daşlar döşənir, küçə boyunca yeni müasir işıqlandırma sistemləri qurulur.