Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin Başçısı 264 saylı tam orta məktəbdə sakinlər ilə görüşdü

08 mart 2014 | 11:00

2014-cü il mart ayının  7-də Xətai rayon İcra Hakimiyyəti başçısı cənab Razim Məmmədovun sakinlər ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə, təşkilat və  xidmət sahələrinin rəhbərləri iştirak edirdi.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq-quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi. Görüşdə iştirak edən qadınları 8 mart qadınlar günü münasibətilə təbrik etdi.
Sakinlər çıxış edərək, rayonda gedən abadlıq-quruculuq işlərinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Çıxış edən vətəndaşlar onları narahat edən bəzi nöqsan və çatışmazlıqların  və əsasən,  məişət  problemlərinin  aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həllinə dair aiddiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Həmçinin vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasını tapşırdı.

Keçidlər