Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə dəymiş ziyan dərhal aradan qaldırılacaq

23 iyul 2020 | 11:00

      Xətai bələdiyyəsinin üzvü Tural İmanov

Bütün dünyanı cənginə almış pademiya tibbi-sağlamlığ poblemləri ilə yanaşı sosial-iqtisadi, mənəvi –psixoloji çətinliklər də yaşadır insanlara. Ona görə də istər-istəməz insanlar arasında haqlı narazılıqlar, cəmiyyətdə mütəmadi olaraq sarsıntılar yaşanır. Lakin pandemiyanın ilk günlərindən Azərbaycan Dövləti başçısı cənab Prezidentimiz İlham Əliyevin göstərişi və qəbul etdiyi qərarlarla bütün qabaqlayıcı tədbirlər nəticəsində hər şey tam nəzarətə götürüldü. Bununla yanaşı xalqımız neçə illərdir ki, daha təhlükəli düşmənlə mübarizə və müharibəni davam etdiri. Torpaqlarımızın 20 faizini tapdaq altında saxlayan Ermənistan elan olunmuş atgəşkəs rejimini  mütəmadi olaraq pozmaqda davam edir, təxribatlar törədir. Amma əlbəttə ki, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuzun vasitəsi ilə bu təxribatları qarşısı layqincə alınır və düşmənə tutarlı cavablar verilir.

Bu fikirlər  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirakı zamanı cənab Prezident bir daha səsləndirdi. 
   Bir daha şahidi olduq ki, dövlət başçısı yenədə ən çətin zamanlarda öz vətəndaşının yanındadır. Azərbaycan dövləti və Prezident İlham Əliyev ən çətin proseslərdə, gərgin hadisələrdə, kritik durumlarda belə güclü siyasi iradə, humanizm, tolerantlıq nümayiş etdirərək istənilən şəraitdə öz vətəndaşlarının yanında olmasını göstərir. Bildiyimiz kimi, iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədi ilə atəşkəs rejimini kobud şəkildə pozaraq gərginliyi artırmaq məqsədilə növbəti hərbi təxribat törətdi. İşğalçı ölkənin qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini iriçaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir. Bu baxımdan, iyulun 20-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalaması da bunun bariz nümunəsidir. Həmin rəsmi sənədə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi nəzərdə tutulur.
           Biz bunun bariz nümunəsini 2016-cı il Aprel döyüşləri zamanı mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı görülən işlərə zamanı şahidi olmuşduq. O zaman Azərbaycan Prezidenti İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-ci il may ayının 2-də imzaladığı Sərəncama əsasən, mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ağdam və Tərtər Rayon İcra Hakimiyyətlərinin hər birinə 3 milyon manat vəsait olmaqla 6 milyon manat vəsait ayrılmışdı. Dövlətimizin başçısı işin gedişini xüsusi nəzarətə götürmüşdü. İşlərin qısa müddətdə və keyfiyyətlə görülməsi üçün bütün qüvvələr səfərbərliyə alınmışdı. Ermənistan silahlı qüvvələrinin iriçaplı silahlardan və artilleriya qurğularından açdıqları intensiv atəş nəticəsində yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri altı ay ərzində başa çatdırılıb.
Tərtər rayonunda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib, 8 ev bərpa olunub. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görülüb.
Ağdam rayonunda 5-i üçotaqlı, 3-ü dördotaqlı olmaqla 8 ev yenidən tikilib, 15 ev tamamilə bərpa olunub, 27 ev əsaslı təmir edilib, 693 evdə cari təmir işləri görülüb. Bundan əlavə, bir məktəb və iki uşaq bağçasında əsaslı təmir işləri həyata keçirilib.

İndi də dövlət başçısının müvafiq sərəncamı ilə Tovuz rayonuna dəymiş ziyan az bir zamanda aradan qaldırılacaq. Onu da qeyd etməliyik ki, hər bir dövlətin tərəqqisini sürətləndirən başlıca amillərdən biri də cəmiyyətdə stabilliyin, vətəndaş rifahının təmin edilməsidir. Bu yöndə ölkəmizdə görülən işlər göz qabağındadır. Xüsusən də illər boyu müharibə şəraitində.
Bu gün Azərbaycan həyata keçirdiyi sosialyönümlü siyasət strategiyası, eləcə də onun səmərəlilik əmsalının yüksək olması baxımından dünya arenasında nümunəvi mövqeyin sahibi kimi çıxış edir. Dövlət başçısı İlham Əliyev hər zaman hər bir azərbaycanlının yanında oub, onların problemi ilə maraqlanıb, rifahı və firavanlığının qeydinə qalıb. Müxtəlif təbəqədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi, həmin vətəndaşların problemlərinin həlli məqsədilə dövlət səviyyəsində mühüm addımlar atılıb. Cənab İlham Əliyevin həssas kateqoriyadan olan vətəndaşların - şəhid ailələrinin, məcburi köçkünlərin, müharibə əlillərinin, müharibə veteranlarının, təqaüdçülərin müavinət və pensiyalarının xeyli dərəcədə artırılmasını nəzərdə tutan Fərman və sərəncamlar imzalayıb.
     Dövlətimiz tərəfindən şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunan bu binada 62 mənzil verilib. Bu mənzillərin 42-si Qarabağ müharibəsi əlilləri, 20-si isə şəhid ailələri üçün nəzərdə tutulub. Bu mənzillər də daxil olmaqla indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8018 mənzil və fərdi ev təqdim olunub. Bu qəbildən olan vətəndaşlarımız təkcə 2019-cu ildə 634 mənzil, 300 fərdi evlə təmin ediliblər. 2020-ci ildə 700 mənzil və 800 fərdi evin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən indiyədək 430 mənzil təqdim olunub. Diqqətə çatdırılıb ki, 2018-ci ildə 265, 2019-cu ildə 600 müharibə əlili avtomobillə təmin olunub. Bu dəfə təqdim edilən 50 avtomobil də daxil olmaqla 2020-ci ildə bu qəbildən olan insanlara, ümumilikdə 150 avtomobil verilib. İlin sonunadək isə 400 müharibə əlilinin avtomobillə təmin olunması planlaşdırılır. Bu dəfə verilən 50 avtomobil də daxil olmaqla indiyədək müharibə əlillərinə 6900 avtomobil təqdim olunub. 
   Tovuz təxribatının qarşısının alınması zamanı şəhid olmuş zabitlərin ailələrinə mənzillərin verilməsi də vətənin müdafiəçilərinin ailələrinə diqqət və qayğının daha bir nümunəsi idi. Bu gün cəbhəyanı rayonlarda infrastruktur bərpa olunur, yeni qəsəbələr salınır, yeni təsərrüfatlar, müəssisələr yaradılır. İmtiyazlı kateqoriyalardan olan ailələr, xüsusən də torpaqlarımızın suverenliyi yolunda şəhid olmuş insanların ailələri, Qarabağ əlilləri  daim dövlətin və cəmiyyətin diqqət mərkəzində olub və əminik ki, hər zaman  belə olacaq.


 

Keçidlər