Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda XI sinif şagirdlərinə Ulu Öndər Heydər Əliyev irsinin tədrisi başlanıldı.

08 mart 2014 | 11:00

YAP Xətai rayon təşkilatının lektoriya zalında 11-ci sinif şagirdlərinə müasir Azərbaycan tarixinin tədrisi dərslərinə başlanıldı.

Müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə rayonun ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərinə dərslərin tədrisinə başlanılmışdır.

Cari ilin may ayınadək 11-ci sinif şagirdlərinə tədris olunacaq dərslər rayonun bütün məktəblərini əhatə edən qrafik tərtib edilmiş, ixtisaslı tarix müəllimlərindən ibarət tərkib seçmişdir. Dərslərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün bütün zəruri təşkilati məsələlər həll edilmişdir.
07 mart 2014-cü il tarixdə YAP Xətai rayon təşkilatında “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda ilk dərs 27,48,165 və 269  nömrəli tam orta məktəblərin 11-ci sinif şagirdlərinə tədris olunmuşdur.
   Qeyd olunan tam orta məktəblərin 11-ci sinif şagirdlərinə əvvəlcə YAP Xətai rayon təşkilatının inzibati binasında Azərbaycan xalqının ümummilli liderinin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar nümayiş etdirildi. Daha sonra lektoriya zalında davam edən tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti Başçısının müavini Jalə Abdıyeva müasir Azərbaycan tarixinin daha səmərəli öyrənilməsində şagirdlərə uğurlar arzuladı və şagirdlərin diqqətinə çatdırdı ki, ümummilli lider Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın və dövlətin mənafeyinə xidmət edib, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı üçün mümkün ola bilən hər bir işi görüb. Daha sonra “Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi” mövzusunda 263 nömrəli məktəbin tarix müəllimi foto-video materiallardan da istifadə etməklə şagirdlərə mühazirə oxudu.
Canlı diskusiya şəklində keçən dərsdə şagirdlərin çoxsaylı sualları cavablandırıldı.

Keçidlər