Nəsrəddin Tusi küçəsində kommunikasiya xətləri yenilənir, yol infrastrukturu yenidən qurulur
06 avqust 2020 | 11:00
Xətai rayonunda yolların əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma, qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə görülən işlər çərçivəsində Nəsrəddin Tusi küçəsində yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar istismar müddəti başa çatmış müxtəlif diametrə malik su, qaz və kanalizasiya xətləri müasir tələblərə uyğun yeniləri ilə əvəzlənir.
Bütün beton bordyurlar dəyişdirilir, piyadalar üçün səki salınır, müasir işıqlandırma sistemləri qurulur və yol asfaltlanır.