Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai məktəblilərinə Ulu Öndər Heydər Əliyev irsinin tədrisi davam edir.

12 mart 2014 | 11:00

Müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə rayonun ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərinə dərslərin tədrisinə başlanılmışdır. Dərslər  may ayınadək rayonun bütün məktəblərində  11-ci sinif şagirdlərinə tədris olunacaq. Məşğələlər yüksək ixtisaslı tarix müəllimləri tərəfindən aparılır.
       Bu silsilədən olan növbəti tədbir 11 mart 2014-cü il tarixdə YAP Xətai rayon təşkilatının binasında keçirilmişdir.  Tədbirdə H.Əliyev adına liseyin, Humanitar fənlər təmayüllü məktəb-liseyin  və Xətai rayonu ərazisində fəaliyyət göstərən məcburi köçkün məktəblərinin 11-ci sinif şagirdləri iştirak etmişdir. “İqtisadiyyatın özəlləşdirilməsi və leqallaşdırılması” mövzusundakı tədbirdə ulu öndər   Heydər Əliyevin müasir Azərbaycan iqtisadiyyatına verdiyi töhfələrdən söhbət açılmışdır. Şagirdlərə əvvəlcə ümummilli liderinin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlardan ibarət videslayd nümayiş etdirildi. Daha sonra “Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi” mövzusunda 147 saylı  Texniki-Humanitar liseyin  tarix müəlliməsi Gültəkin  Məmmədova foto və video materiallardan  istifadə etməklə şagirdlərə mühazirə söylədi.
      Şagirdlərin böyük marağına səbəb olan dərs aktiv diskusiya və çoxsaylı sualların cavablandırılması şəraitində davam etdirildi.

Keçidlər