Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib+VİDEO

10 sentyabr 2020 | 11:00

Sentyabrın 10-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.

AZƏRTAC xəbər verir ki, yenilənmiş həyət Xətai rayonu, Vunq Tau küçəsi 12, 16, 18, 18a ünvanında 2600 nəfər sakinin yaşadığı binaları əhatə edir.

https://azertag.az/xeber/Xetai_rayonunda_Bizim_heyet_layihesi_cherchivesinde_abadlasdirilan_novbeti_heyet_sakinlerin_istifadesine_verilib_VIDEO-1581301

“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

https://video.azertag.az/site/video/101579

Abadlaşdırılan növbəti həyətdə sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti də nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, futbol və şahmat meydançaları, uşaqlar üçün oyun meydançası salınıb. Eyni zamanda, ərazidə 3 söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, təhlükəsizlik kameraları quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 1800 kvadratmetr ərazidə yeni yaşıllıq zolağı salınıb və əlavə olaraq xüsusi karantin rejiminin qaydalarına riayət etməklə 50 ağac əkilib.

Yenilənmiş həyətdə karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktiki tədbirlər həyata keçirilib, dezinfeksiya dispanserləri qoyulub, karantin rejimi qaydalarına riayət olunması ilə bağlı xəbərdarlıq edən maarifləndirici lövhələr quraşdırılıb.

Keçidlər