Gəncə prospektində 27 və 39 saylı binaların dam örtüklərinin təmiri başa çatır
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə paytaxt Bakı şəhərində çoxmənzilli binaların dam örtüklərinin təmiri işləri Xətai rayonunda da uğurla davam etdirilir.
Rayon ərazisində artıq 206 çoxmənzilli yaşayış binasında işlər başa çatıb. Binaların köhnə dam örtükləri sökülüb, sıradan çıxmış, çürümüş hissələri dəyişdirilir, damda suyun axıdılması üçün maillik qurulur, yeni örtük qatı çəkilir. Damlarda navalçalar yenilənir, tüstü bacaları təmir olunur və təmizlənir. Görülən işləriə, onların keyfiyyətinə, rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət edilir. Bununla əlaqədar təsərrüfat xidmətlərinin mütəxəssisləri gündəlik olaraq işlərin gedişatını, təmir zamanı istifadə edilən materialların keyfiyyətini yoxlayır, yol verilən texnoloji çatışmazlıqların dərhal aradan qaldırılmasını təmin edir.
Rayonun Gəncə prospekti 27 və 39 saylı binalarında işlər başa çatmaq üzrədir.