Naximov küçəsi 6 saylı ünvanda asfaltlanma işləri həyata keçirilir
11 sentyabr 2020 | 11:00
Xətai rayonunda yolların əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma, qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə görülən işlər çərçivəsində Naximov küçəsi 6 saylı ünvanda abadlıq və yaşıllaşdırma işlərindən sonra yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar istismar müddəti başa çatmış müxtəlif diametrə malik su və kanalizasiya xətləri müasir tələblərə uyğun yeniləri ilə əvəzlənib.
Bütün beton bordyurlar dəyişdirilib, piyadalar üçün səki salınıb və yekun asfaltlanma həyata keçirilir.