Şriftin ölçüsü :

Saytın rəngi :

Məhəmməd Füzülinin anadan olmasının 520 illik yubileyinə həsr olunmuş “Füzuli dühası” adlı adəbi-bədii gecə keçirilmişdir.

12 mart 2014 | 11:00

11 mart  2014-cü il tarixində M.Ə.Sabir adına kütləvi şəhər kitabxanasında Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Məhəmməd Füzülinin anadan olmasının 520 illik yubileyinə həsr olunmuş “Füzuli dühası” adlı adəbi-bədii gecə keçirilmişdir. 25 saylı musiqi məktəbinin muğam ifaçılarının , Xətai rayon İcra Hakimiyyətinin nümayəndələrinin, kitabxanın fəal oxucuları və diğər qonaqların  iştirak etdiyi tədbirdə görkəmli orta əsr Azərbaycan şairi və mütəfəkkiri,  Azərbaycan-Türk ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri olan  Füzulinin həyat və yaradıcılığından, onun əsərlərinin   təkcə Azərbaycan poeziyası üçün deyil, bütövlükdə Şərq ədəbiyyatı, eləcə də dünya ədəbiyyatı üçün əhəmiyyətli olduğundan söhbət açılmışdır. Tədbirdə gənc ədəbiyyatsevərlər tərəfindən səsləndirilən dahi şairin qəzəlləri və poemalarından parçalar qonaqlara zövqlü dəqiqələr yaşatmışdır.

Keçidlər