Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda abadlıq-quruculuq işləri davam edir

17 sentyabr 2020 | 11:00

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir. Abadlıq-quruculuq tədbirləri çərçivəsində daha bir neçə ünvanda işlər tamamlanmaq üzrədir.

Rayonun Nəsrəddin Tusi küçəsi 9, 11, və 19 saylı ünvanlarında vaxtilə baxımsız qalmış ərazidə  bəzi sakinlər tərəfindən qanunsuz çəkilmiş hasarlar və tikililər sökülmüş, ərazi uzun müddət yığılıb qalmış istifadəsiz materiallardan, məişət tullantılarından təmizlənmişdir. Ağaclar budanmış, əyləncə və istirahət parkının salınması işləri başa çatmaq üzrədir. Az bir zamanda  yaşıllıq zolaqları salınmış, yeni ağac və dekorativ gül kolları əkilmişdir. Uşaqlar və yeniyetmələr üçün müxtəlif əyləncə və idman qurğuları quraşdırılmış, mini stadion, şahmat meydançası yaradılmışdır. Həmçinin oturacaqlar, günlüklər, quraşdırılmış, işıqlandırma sistemi ilə təchiz olunmuşdur. Ağaclara vaxtında və keyfiyyətli aqrotexniki xidmət göstərilməsi üçün su xətti çəkilmişdir.

Naximov küçəsi 6 və Məzahir Rüstəmov küçəsi 15 saylı ünvanlarda da həyətlər abadlaşdırılır, asfalt  örtüyü çəkilir, ağaclar əkilir,sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün oturacaqlar, söhbətgahlar, idman və əyləncə qurğuları quraşdırılır. Su  xətti çəkilir və müasir işıqlandırma sistemi ilə təchiz edilir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir. Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərin müraciətləri və yerlərdən olan təkliflər nəzərə alınaraq yeni layihələr müzakirə olunur.

 

Keçidlər