Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!
Xətai rayonu, 147 nömrəli texniki-humanitar liseyin tarix müəllimi Güntəkin Məmmədova
Heydər Əliyevin uzun illər Sovet İttifaqı rəhbərliyində olması erməniləri separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Yalnız Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar.
Azərbaycan xalqının cəlladı Qorbaçov və onun ermənilərdən ibarət yaxın ətrafı ölkəmizə qarşı nifrətlə yaşayırdı. Nəticədə Azərbaycana qarşı böyük ədalətsizliklər edilirdi.
Dağlıq Qarabağda xüsusi komitənin yaradılması və o komitəyə Qorbaçovun köməkçisi Arkadi Volskinin təyin edilməsi Qarabağın Azərbaycandan qoparılma planın əsas hissəsi idi. Məhz Volskinin vaxtında o vaxt Dağlıq Qarabağın bəzi yerlərindən azərbaycanlılar zorla çıxarılmış, ilk etnik təmizləmə siyasəti aparılmış, azərbaycanlılar Xankəndidən qovulmuşlar. Bütün bu “xidmətləri” müqabilində Volski erməni lobbisi tərəfindən “mükafatlandırılmış”, sonra da Rusiya Sahibkarlar İttifaqının rəhbəri vəzifəsinə irəli çəkilməsi də təsadüfü deyildir. Hamımız bilirik ki, Azərbaycanın o zamankı rəhbərliyi də xalqa xəyanət etmişdir.
Sovet İttifaqının 366-cı alayı azərbaycanlılara qarşı etnik təmizləmə işlərində, Xocalı soyqırımında, torpaqlarımızın işğal altına düşməsində həlledici rol oynamışdır.
Ermənistanın bugünkü rəhbərliyi həm öz ölkəsini uçuruma aparır, eləcə də məsuliyyətsiz çıxışları, düşüncəsiz və avantyurist hərəkətləri ilə addımlarının nəyə gətirib çıxara biləcəyini ya anlamır, ya da narazı xalqın diqqətini yayındırmaq üçün müxtəlif təxribatşı çağrışlar edir.
İki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Çünki Azərbaycan tərəfi Koçaryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı idi. Ermənistanın bundan əvvəlki hakimiyyəti də erməni xalqında ancaq nifrət hissləri doğururdu.
Birbaşa küçədən hakimiyyətə gələn Nikol Paşinyan hakimiyyəti Azərbaycana qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərmiş, yalvarmış, vaxt istəmişdir.
Daha sonra Paşinyan Düşənbədə Azərbaycan Prezidentindən vaxt verilməsini birbaşa xahiş etmişdir.
Paşinyan Ermənistanda daxili vəziyyətin ağır olmasını, keçmiş hakimiyyət nümayəndələrinin revanş almaq, danışıqlar prosesini pozmaq istəmələrini, özünün isə danışıqlara meyilli olmasını, məsələni həll etmək istəməsini demiş, atəşkəs rejiminin möhkəmlənməsini xahiş etmişdir.
Ermənistandakı hakimiyyət dəyişikliyi Minsk qrupunun həmsədrlərində də müsbət ümidlər yaratmış, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr səsləndirmişlər.
Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirilsə də, Azərbaycan yeni hakimiyyətə qarşı keçmiş xuntanın revanşına yol verməmək üçün bundan istifadə etməmişdir.
İyul hadisələri Ermənistanın işğalçı siyasətini bir daha aydın göstərdi. İndi Ermənistan o məğlubiyyəti qələbə kimi qələmə verməyə çalışır. Azərbaycan tərəfinin təqdim etdiyi görüntülər Ermənistanın heç bir qələbə qazanmadığını təsdiqləyir. Bu qələbədirsə, onda Ermənistan niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edir? Deməli müstəqillik Ermənistanda formal xarakter daşıyır,çünki bu dövlət müstəqil qərarlar qəbul edə bilmir.
Əsrlərdir ki, Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır. Bu əsrlər boyu belə olub bu gün də davam etməkdədir. Və heç kimə sirr deyil ki, Paşinyan Soros rejiminin məhsuludur. Bu gün Ermənistanda söz sahibi Sorosdur.
Paşinyanın hakimiyyət komandasının bütün üzvləri ya Soros Fondundan, ya “Transperensy”dən, ya da ki, digər insan hüquqları təşkilatlarındandır. Ona görə də bəzi beynəlxalq QHT-lər bu gün Ermənistanda baş vermiş despotik hərəkətlərə göz yumurlar. Ermənistanda bir jurnalist aclıq edib həbsxanada ölməsinə baxmayaraq, heç bir təşkilat məsələ qaldırmayıb.
Ermənistanda iki keçmiş prezident sırf siyasi fəaliyyətlərinə görə məsuliyyətə cəlb edilib, buna göz yumulur. Əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığı götürülüb, buna heç bir reaksiya vermirlər. Avropa Şurası niyə susur? Ermənistan üzrə məruzəçilər niyə susurlar? “Freedom House”, “Human Rights Watch”, “Amnesty International” niyə susur? Maraqlıdır ki,dünya ölkələrinin çoxu və əksər təşkilatlar bütün bu qanunsuzluqlara heç bir reaksiya vermir.
Azərbaycan dövləti həmişə danışıqlar aparmaqda maraqlı olmasına baxmayaraq Ermənistan faktiki olaraq danışıqlara getmir. Ermənistan rəhbəri danışıqlar prosesini dəfələrlə pozmuşdur. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir.
Paşinyan deyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək cəhdidir və buna Azərbaycan heç vaxt razı ola bilməz. Bu da aydın məsələdir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və o danışıq aparan tərəf ola bilməz.
Minsk qrupunun həmsədrləri də Ermənistan tərəfinə bu kimi açıqlamaların ziyanlı olmasını bildirmələrinə baxmayaraq Paşinyan hökuməti danışıqlar aparmaqdan yayınmaqda davam edir.
Ermənistanın işğal edilmiş torpaqlarda məskunlaşdırma aparması bütün beynəlxalq konvensiyalara ziddir, qanunsuzdur, cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Azərbaycanı təxribata çəkirlər.
Qədim tarixi şəhərimiz Şuşada qondarma rejimin dırnaqarası rəhbərinin guya andiçmə mərasiminin keçirilməsi növbəti təxribat, açıq təhqirdir. Bundan başqa hansısa komediya tipli təlimlərin məhz bizim torpaqlarda keçirilməsi açıq təxribat hesab olunur. qeyd etmək lazımdır ki, iyul hadisələri açıq silahlı təxribatdır. Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi açıq bildirib ki, atəşkəsi Ermənistan tərəfi pozmuşdur.
İyul təxribatından sonra avqust ayında mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərilmişdir və o diversiya qrupunun başçısı tutulmuşdur.
Bir sözlə Paşinyan hökumətinin əsas məqsədi Azərbaycanı təxribata çəkmək, danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır.
Paşinyandan fərqli olaraq Azəbaycan Prezidenti xalqın iradəsindən çıxış edərək təxribatlar olduğu üçün danışıqlar haqda danışmağin mümkünsüz olduğunu qeyd edir, həmçinin bildirirki, bu gün xalqı aldatmaq olmaz,heç bir danışıq getmir. Dövlət başçımız ədalətli olaraq işğalçıların qeyd-şərtsiz torpaqlarımızdan çıxarılmasını və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsini tələb edir. İmitasiya naminə Azərbaycanın danışıqlarda iştirak etməyəcəyini qeyd edən prezidentimiz hazırki vəziyyətin ağır olduğunu qeyd edir və təcavüzkar, terrorizmə sponsorluq edən bir ölkə ilə danışıqların mümkün olmadığını xalqımıza bəyan edir.
Ermənistan həmişə təcavüzkar siyasət yeritmişdir və bizim üçün təhlükə mənbəyi olaraq qalır. Bu gün Ermənistan yeni müharibəyə hazırlaşır, təmas xəttində qüvvələrin cəmləşməsi aydin görünür. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini bu işlərə cəlb etməklə məşğuldur.
Cənab Prezident çox dəqiq söyləyir. Əgər bu gün Ermənistan beynəlxalq hüquqla hesablaşmırsa, Azərbaycanın da, beynəlxalq hüququ gözləməsindən söhbət gedə bilməz. Artıq bütün dünya bilir ki, Azərbaycanın torpaqları işğal olunub və xalqımız torpaqlarımızı azad etməyə tam hazırdır.
Azərbaycan prezidentinin də qeyd etdiyi kimi" bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur". Ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaqğı qaçılmazdır.
Son zamanlar Azərbaycan ictimaiyyətini narahat edən məsələlərdən biri də Rusiya və Serbiyanın Ermənistana silah göndərməsi ilə bağlı olan xəbərlərdir.Bu məsələ ilə də bağlı prezidentimiz mövcud problem narahatlıqlar haqqında xalqa və müttəfiqlərinə açıq mesajlar verdi. O Rusiya və Serbiya prezidentləri ilə telefon danşıqlarında bu hadisələrdən narahat olduğunuğunu qeyd etdi.
Gürcüstanın öz ərazisindən Ermənistana silahların daşınmasına imkan verməməsi yüksək qiymətləndirilməlidir. Ona görə İ. Əliyev Gürcüstan hökumətinə təşəkkürünü bildirdi. Biz bilirik ki, Gürcüstanda yaşayan, bir çox hallarda gürcü familiyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar.
Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyi də dünya erməniliyidir. Onların əsas məqsədi Gürcüstan-Azərbaycan əlaqələrini pozmaqdır. Amma buna nail olmayacaqlar.
Gürcüstanda yaşayan bəzi yerli ermənilər Ermənistan rəhbərliyinin təhriki ilə orada qızışdırıcı fəaliyyətlə məşğuldurlar. Onlar separatizmə meyil göstərirlər.
Bütün bunlara baxmayaraq, Azərbaycan hər zaman Gürcüstanın yanında olub. Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olmuşdur.
Azərbaycandan fərqli olaraq Ermənistan isə BMT və digər beynəlxalq təşkilatlarda həmişə Gürcüstanın əleyhinə səs verib, ərazi bütövlüyü məsələlərində həmişə Gürcüstanın əleyhinə siyasət aparır.
Azərbaycan İslam həmrəyliyi işində həmişə çox fəallıq göstərmişdir. Qeyd etmək lazımdır ki, Prezidentin xarici siyasət istiqamətləri ilə əlaqədar çıxışlarında əsas prioritetlərdən biri müsəlman ölkələri ilə əlaqələrdir.
Azərbaycanı BMT-də ən çox dəstəkləyən ölkələr də müsəlman ölkələridir. İƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün mövqe sərgiləyir.
Müsəlman ölkələri bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib. Dini tarixi abidələr dağıdılıb, müsəlman müqəddəsləri təhqir edilib.
Ermənistan İranla əlaqələrində həmişə riyakarcasına dostluq haqqında danışır. Belə də dostluq olar? Müsəlman məscidlərini dağıdırsan, sökürsən, orada inək, donuz saxlayırsan, təhqir edirsən, müsəlmanların heysiyyətinə toxunursan, sonra isə gəlib deyirsən ki, biz dost olaq?
Ermənistanda islamofobiya dövlət siyasətidir. Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər.
Bu gün Ermənistan çox uğursuz ölkədir. İqtisadiyyat çöküb, bazar məhdud, əhali azalır, hər hansı bir investisiya üçün cəlbedici deyil. Müsəlman ölkələrinin burda hansı marağı ola bilər?
Tovuz hadisələri bir daha göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi Bu, növbəti Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürü idi.
Biz də həmişə Türkiyənin yanındayıq və bütün məsələlərdə Türkiyənin yanında olacağıq. Bizim birliyimiz böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik köklər, din, dil, mədəniyyət birləşdirir.
Son illər ərzində Türkiyə-Azərbaycan birgə hərbi təlimlərin sayı ciddi şəkildə artmışdır.
Bu təlimlər həm Azərbaycan, həm də Türkiyəyə lazımdır, regional sabitliyə lazımdır. Çünki Ermənistan regional sabitlik üçün təhdiddir.
Bu günlərdə "Naxçıvanda birgə təlimlərin şahidi olduq. Bu və təlimlərin birində Türkiyənin Müdafiə naziri iştirak etmişdir. Bəli, bu, Tovuz hadisələrinə təsadüf edib. Bu, təsadüfidir, ya təsadüfi deyil - Ermənistan özü nəticə çıxarsın" deyən Azərbaycan Prezidenti düşmən dövlətə mesajını vermişdir.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var. Bunu onlar bilirlər, psixoloji stress keçirirlər, müxtəlif qapıları döyüb yardım istəyirlər.
Azərbaycanın Türkiyə ilə sıx əlaqələri bundan sonra da “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcək .
Əzəli və tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağı 1990-cı illərin əvvəllərində, o vaxt Azərbaycanda hakimiyyətdə olmuş insanların xəyanəti, satqınlığı nəticəsində müvəqqəti olaraq itirdik. Amma biz mütləq öz torpaqlarımıza qayıdacağıq.
Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik.
Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Bəli biz torpaqlarımızın erməni tapdağında olmasına icazə verməyəcəyik. Buna o müqəddəs torpaqlarda uyuyan qəhrəman şəhidlərimizin ruhu yol verməz! Buna hər zaman dövlətinin prezidentinin yanında olan Azərbaycan xalqı yol verməz! O gün heç də uzaqda deyil.