Əhali arasında yoluxma hallarının qarşısının alınması məqsədilə fərdi izahetmə-xəbərdarlıq işləri davam etdirilir
26 sentyabr 2020 | 11:00
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi,habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəlikərinin, bələdiyyələrin, habelə digər qurumların nümayəndələrindən ibarət 2-3 nəfərlik mobil qruplar yaradılıb.
Qrup üzvləri təhkim olunduğu ərazilərdə olan insanlar arasında koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, habelə fərdi izahetmə-xəbərdarlıq işini aparırlar.