Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq, dövlət, ordu birliyi

29 sentyabr 2020 | 11:00

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev “Hərbi vəziyyət elan edilməsi” haqqında Fərman imzalayıb. Ölkədə hərbi vəziyyətin elan olunması yüksək hərbi hazırlıqdan xəbər verir. Bu Fərman həm də xalq, dövlət və ordu birliyinə işarə edir. Azərbaycan hökuməti və Azərbaycan xalqı artıq öz seçimini edib. Bu seçim haqqın və tarixi ədalətin bərpa olunması qərarıdır!   
  Ölkədə hərbi vəziyyətin elan olunması erməni təxribatlarına adekvat cavabdır. Yaşından və sosial statusundan asılı olmayaraq, minlərlə insanın könüllü kimi orduya yazılma faktı Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir.
   Hərbi vəziyyət elan edilməsi haqqında Fərmanın tələblərinə riayət etmək artıq hər bir vətəndaşın borcu və şəxsi məsuliyyətidir.
   Ölkədə hərbi vəziyyətin elan olunması və Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanının xalq tərəfindən dəstəklənməsi dünya ictimaiyyətinə ünvanlanmış siyasi mesajdır.Bu Azərbaycan xalqının ruh yüksəkliyi və haqq uğrunda mübarizəyə hazır olması barədə mesajdır.
   Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı milli birliyinin ən ali təcəssümüdür.
  Yaşından və sosial statusundan asılı olmayaraq, minlərlə insanın könüllü kimi orduya yazılma faktı Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir. Hazırki vəziyyətdə hər bir Azərbaycan vətəndaşının üzərinə çox böyük məsuliyyət düşür.  “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanın tələblərinə riayət etmək hər bir vətəndaşın borcu və şəxsi məsuliyyətidir!
   Azərbaycan xalqı artıq öz seçimini edib və bu seçim haqqın və tarixi ədalətin bərpa olunması qərarıdır. 
  

                                                                      Xətai rayon Ağsaqqallar Şurasının üzvü, təqaüdçü                                                                                         Rakif Məmmədov

Keçidlər