Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin Başçısı 171 saylı tam orta məktəbdə sakinlər ilə görüşdü

15 mart 2014 | 11:00

2014-cü il mart ayının  14-də Xətai rayon İcra Hakimiyyəti başçısı cənab Razim Məmmədovun 171 saylı məktəbdə sakinlər ilə səyyar görüşü keçirildi.
Görüşdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, hüquq-mühafizə orqanlarının, xətai bələdiyyəsinin və digər xidmət sahələrinin rəhbərləri, sahə inzibati ərazi dairəsinin nümayəndəsi,  eləcə də həmin ərazidə yaşayan sakinlər iştirak edirdi.
Görüşü rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov açaraq cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq-quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Sakinlərdən Яшряфов Ращиб, Наьыйев Шящрийар, Танрывердийев Йунус, Ъавадов Ябдцл, Аллащвердийев Ъяващир, Пирийева Мина, Исайев Ялхан və başqaları çıxış edərək rayonda gedən yenidənqurma, abadlıq işlərinə görə rayon rəhbərliyə minnətdarlıqlarını bildirdilər. Çıxış edən vətəndaşlar onları narahat edən bəzi nöqsan və çatışmamazlıqları nəzərə çatdırmış, həmçinin qaz, istilik, işıq, yolların asfaltlanması və s. kimi kommunal, məişət  problemlərin aradan qaldırılmasını xahiş etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Razim Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həllinə dair aiddiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.

Keçidlər