Şriftin ölçüsü :

Saytın rəngi :

221 nömrəli məktəbdə "21 fevral -Beynəlxalq Ana Dili günü"nə həsr edilmiş tədbir keçirilib

22 fevral 2024 | 15:24

21.02.2024-cü il tarixdə 221 nömrəli tam orta məktəb və EDU TİME AZ Təhsil və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "21 fevral- Beynəlxalq Ana Dili günü"nə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Milli Məclisin deputatları Arzu Nağıyev, Vüqar İskəndərov, Elşən Musayev, Naqif Həmzəyev, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri Günay Qurbanova, QHT və media rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər ana dilinin önəmi haqda danışıb, şagirdlərə və müəllimlərə öz tövsiyələrini veriblər.
Daha sonra məktəbin şagirdlərinin ifasında "Beynəlxalq Ana Dili günü"nə həsr edilmiş ədəbi-bədii proqram nümayiş etdirildi.


Keçidlər