Şriftin ölçüsü :

Saytın rəngi :

221 saylı məktəbdə akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

02 may 2023 | 13:55

Mayın 2-də Xətai rayonu, 221 saylı tam orta məktəbdə akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş  “Ailəsinə dayaq, xalqının gözünə nur verən Ana - akademik Zərifə Əliyeva” adlı tədbir keçirildi.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin və İctimai-Siyasi və  Humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov və məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirdə qeyd olunub ki, mərhəmət, xeyirxahlıq və vətənpərvərlik kimi keyfiyyətləri fəaliyyətində ümumiləşdirən Zərifə xanım Əliyeva sağlığında əfsanəyə çevrilən şəxsiyyətlərdəndir. Onun elmi uğurları, həkimlik peşəsinin məsuliyyətinin böyüklüyünü özündə təsdiqləyən  fəaliyyəti, kiçik dövlət kimi dəyərləndirilən ailə dəyərlərinə bağlılığı, bir sözlə, əsl vətəndaşlığı bugünkü və gələcək nəsillərə nümunədir.

Tədbirdə uşaqların ifasında ədəbi-bədii hissə təqdim olundu, həmçinin,  dahi şəxsiyyət Heydər Əliyevin müdrik kəlamları,  dünya liderlərinin Ümummilli Lider haqqında söylədikləri yüksək  fikirlər səsləndirildi.

Keçidlər